Yeni Zelandiyada zəlzələdən sonra sunami təhlükəsi yaranıb

A picture of a large fissure running along Kaikoura Road about two hours north of Christchurch

Yeni Zelandiyanın Cənub adasında zəlzələdən sonra sunami təhlükəsi yaranıb.

ABŞ Geoloji Mərkəzi bildirib ki, episentri Christchurch şəhərindən təxminən 95 kilometr uzaqlıqda yerləşən 7.8 ballıq zəlzələ Bakı vaxtilə saat 15.02-də baş verib.

Hadisədən iki saat sonra isə şimal-şərq sahillərinə sunami gəlib. Rəsmilər sonrakı sunami dalğalarından ehtiyatlı olmağı məsləhət görüb.

Sahilboyu yaşayan sakinlərə daha hündür ərazilərə getmək barədə xəbərdarlıq edilib.

Hazırda dalğaların hündürlüyü 2.5 metrə çatır.

Mülki müdafiə nazirliyi bildirb ki, Malborough-da və Banks yarımadasında dalğaların hündürlüyü 5 metrə çata bilər.

Şəklin alt yazısı,

Zəlzələ bütün Yeni Zelandiya, o cümlədən Wellington-da hiss edilib

Şəklin alt yazısı,

Hadisə nəticəsində bir çox yollar dağılıb

Radio New Zealand məlumat verir ki, minlər insan evlərindən təxliyə olunub.

Bəzi insanlar sosial media vasitəsilə zərərçəkmişlərə gecə evlərində qalmağı təklif edib.

2011-ci ildə Christchurch şəhərində baş vermiş zəlzələ nəticəsində şəhər dağılıb və 185 nəfər ölüb.

Şəklin alt yazısı,

Yeni Zelandiyada zəlzələdən sonrakı kiçik titrəmələr davam edir

Şəklin alt yazısı,

Twitterdə evin mətbəxinin necə dağıldığını əks etdirən foto paylaşılıb

Şəklin alt yazısı,

Bəzi insanlar küçədə təbii fəlakətin bitməsini gözləyir