Trump-ın seçimi: əsas vəzifələrə Priebus və Bannon təyin edilib

Reince Priebus cənab Trump-ı partiya ilə əlaqələndirən şəxsdir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Reince Priebus cənab Trump-ı partiya ilə əlaqələndirən şəxsdir

ABŞ prezidenti seçilən Donald Trump onun gələcək komandasında əsas vəzifələrə Respublikaçılar partiyasının və mühafizəkar media rəhbərini təyin edib.

Respublikaçı Milli Komitəsinin sədri olan Reince Priebus, onun işçi heyətinin rəhbəri olacaq.

Bu vəzifədə o, Ağ Ev üçün yeni üslub yaradacaq, hökumət və Konqresə çıxış üçün vasitəçi kimi fəaliyyət göstərəcək.

Mühafizəkar Breitbart News Network-dan olan Stephen Bannon, cənab Trump-ın əsas strategiyaçısı kimi fəaliyyət göstərəcək.

Respublikaçı namizəd çərşənbə axşamı Demokratlardan olan namizədi üzərində qələbə çalaraq çoxlarını şoka salıb.

Cənab Obama Ağ Evdə yanvarın 20-si, cənab Obama hakimiyyəti ona təhvil verəndən sonra idarəetməyə başlayacaq.

Bu arada, seçilmiş prezident ABŞ-ın CBS televiziyasına ilk müsahibəsində deyib ki, o, cinayətlə əlaqəsi olan 3 milyona yaxın insanı ölkədən deport və ya həbs etdirəcək, həmcinslərin nigah rəsmiləşdirməsinin legallaşdırılmasının aradan qaldırılmasına cəhd etməyəcək və prezidentlər üçün nəzərdə tutulan illik 400 min dollarlıq maaşdan imtina edərək əvəzində ildə 1 dollar götürəcək.

'Həqiqətən fəxrdir'

"Mən ölkəni idarəetmədə uğurlu komandamla birgə olmaqdan məmnunluq duyuram", cənab Trump kampaniyası tərəfindən elan olunan bəyantında deyilir.

"Steve və Reince bizim kampaniyada birgə uğurla işləyib, bizi qələbəyə aparan peşəkar insanlardır. İndi isə mən Ağ Evdə yenidən onlarla birgə olacam ki, Amerikanı yenidən qüdrətli edək."

44 yaşlı cənab Priebus, kampaniya müddətində Respublikaçılarla cənab Trump arasında körpü rolunu oynayırdı.

Cənab Priebus deyib ki, Ağ Evdə cənab Trump-a işçi heyətinin rəhbəri kimi qatılmaq "həqiqətən fəxrdir".

Breitbart

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

62 yaşlı cənab Bannon-un rəhbəri olduğu Breitbart ABŞ-da ən çox oxunan mühafizəkar xəbər saytıdır

Keçmiş dəniz zabiti, investor bankir və Hollywood produseri olan 62 yaşlı cənab Bannon-un rəhbəri olduğu Breitbart ABŞ-da ən çox oxunan mühafizəkar xəbər saytıdır.

"Mən Trump administrasiyasında cənab Reince ilə birgə işləmək şansı verdiyinə görə cənab prezidentə təşəkkürümü bildiriəm", cənab Bannon, bazar günü etdiyi çıxışında deyib.

"Biz kampaniya müddətində bizi qələbəyə aparan uğurlu əməkdaşlıq ortaya qoyduq. Bu cür əməkdaşlığı yenə də davam etdirəcəyik ki, seçilmiş prezident Trump öz gündəliyindəki məsələlərə nail olsun."