Bolqarıstanın baş naziri istefa verib

Boyko Borisov

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı,

Cənab Borisov korrupsiya və yoxsulluğa görə tənqid olunurdu

Bolqarıstanda prezident seçkilərində rusiyapərəst namizəd qalib gəldikdən sonra sağçı baş nazir Boyko Borisov istefa verib.

Hərbi hava qüvvələrinin sabiq komandanı, siyasətdə təcrübəsiz Rumen Radev bazar günü keçirilmiş seçkilərdə 59 faiz səslə qalib gəlib.

O, Avropa İttifaqının Rusiyaya sanksiyalarını ləğv etməsini və Bolqarıstanın çətin iqtisadiyyatını dirçəltmək üçün Moskva ilə daha sıx əlaqələr istəyir.

Sabiq Şərq Bloku ölkəsi olan Bolqarıstan Aİ-nin ən kasıb dövlətidir.

Bolqarıstanda prezident müdafiə və xarici siyasətdə böyük rol oynayır, lakin ən əsas qərarlar hökumət tərəfindən verilir. Prezidentin parlamentə qanunvericiliyi yenidən göndərmək hüququ vardır.

Cənab Borisov parlamentin spikeri Tsetska Tsaçeva-nı dəstəkləyirdi, o seçkilərdə səslərin 35 faizini toplaya bilib.

Cənab Radevin qələbəsi hökumətin korrupsiya və yoxsulluqla mübarizəsindən ictimai narazılıq fonunda mümkün olub.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

53 yaşlı Rumen Radev hazırki prezident Rosen Plevnelievi əvəz edəcək