Hillary Clinton ilk dəfə ictimai şəkildə məyusluğunu bildirib

Hillary Clinton prezident seçkilərində rəqibi Donald Trump-a uduzduqdan sonra ilk dəfə ictimai şəkildə məyusluğunu bildirib.
Demokrat namizəd bildirib ki, o, "yaxşı bir kitaba sarılaraq evi bir daha tərk etməmək istəyib".
Amma uşaqların xeyriyyəçilik tədbirində çıxışında auditoriyanı Amerika dəyərləri uğrunda mübarizə aparmağa və "heç vaxt yadırğamamağa" çağırıb.
Xanım Clinton ümumxalq səsverməsində qələbə qazansa da, prezident seçkilərində uduzub.
"Etiraf edirəm ki, bu axşam buraya gəlmək mənim üçün asan olmayıb", o bildirib.
"Mən sizin bir çoxunuzun seçkilərin nəticələrindən təəssüfləndiyini bilirəm. Mən də, ifadə edə biləcəyimdən daha çox", o əlavə edib.
"Bilirəm ki, bu asan deyil. Mən bilirəm ki, ötən həftə ərzində bir çox insanlar Amerikanın istədikləri ölkə olub-olmamasını düşünüb".
Noyabrın 8-də prezident seçkilərindən sonra o bildirib ki, Donald Trump-a rəhbərlik etmək şansı verilməlidir.
Həmin vaxtdan bəri o, ictimaiyyət qarşısına çıxmayıb.
O, uduzmasına görə Federal Təhqiqatlar Bürosunun rəhbəri James Comey-i ittiham edib. FTB seçkilərə az qalmış namizədin e-mail istifadəsi ilə bağlı yeni təhqiqata başlamışdı.