Hindistanda qatar relsdən çıxıb, 115-dən çox ölü var

Şəklin mənbəyi, AFP
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 115-i keçib, 150-dən çox adam yaralanıb, polis bildirir.
İndaur-Patna Express qatarı Kanpur şəhəri yaxınlığında Bakı vaxtilə gecə 01.30-da relsdən çıxıb.
Xilasedicilər hələ də əyilmiş vaqonlardan yaralıları çıxarmağa çalışır.
Qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qatar sərnişini Krişna Keşav BBC-ə bildirib: "Biz [yerli vaxtla] gecə 3-də təkanın gücünə ayıldıq. Bir neçə vaqonlar relsdən çıxmışdı, hamı şokda idi. Mən bir neçə meyit və yaralı gördüm".
Qurbanların əksəriyyəti lokomotivə ən yaxın iki vaqonda gedənlər olub.

Şəklin mənbəyi, AFP
Dəmiryolu rəsmisi Pratap Rai Reuters-ə bildirib: "Biz həyatları xilas etmək üçün bütün üsullardan istifadə edirik, amma dəmir qatarları kəsmək çox çətindir".
Hindistanda dəmiryol yolları və qatarlar köhnə olduğundan bu cür qəzalar tez-tez baş verir. Bu ilin martında oxşar qəzada 39 nəfər ölüb, 150 nəfər yaralanıb.