Şəkillərdə: Hindistanda müzakirə edilən bahalı toy

Hindistanda 5 gün davam edən və 74 milyon dollara başa gələn toydan şəkillər

Şəklin alt yazısı,

Dünyanın ən möhtəşəm toylarından biri Hindistanın şərqindəki Karntaka əyalətində baş tutub. Bu toya 74 milyon dollar xərc çəkilib.

Şəklin alt yazısı,

Siyasətçi və işadamı G Janardhana Reddy-nin qızı, Brahmani-nin toyu milyonla hindlinin nəğd pul böhranı yaşadığı zamana təsadüf etdiyindən tənqidlə üzləşib

Şəklin alt yazısı,

Təkcə gəlinin ənənələrə sadiq geyimi - sare 2.5 milyon dollara alınıb. Gəlinə 13 milyon dollarlıq ziynət əşyası taxıldığı deyilir.

Şəklin alt yazısı,

23 yaşında olan bəy Rajeev Reddy Heydərabad şəhərində varlı bir ailənin varisidir.

Şəklin alt yazısı,

Braziliyalı samba rəqqasələri toya gələn qonaqlar üçün nəzərdə tutulmuş əyləncələrdən biridir.

Şəklin alt yazısı,

Sosial media istifadəçilərinin bəziləri onların tənqid edilməsinə qarşı olub. Onlar söyləyib ki, Reddy toy ödənişlərini böhrandan öncə edib.

Şəklin alt yazısı,

Lakin qızılla örtülmüş dəvətnamələr və Bollywood ulduzlarının ifası ilə müşayiət edilən toyu "uyğunsuz varlılıq göstərisi" adlandıranlar da olub.

Şəklin alt yazısı,

Bangalore Palace-da baş tutan toyun hazırlıqları aylarla davam edib. Saray, tarixi hindu məbədləri kimi bəzədilib

Şəklin alt yazısı,

Toya 50 mindən çox qonaq gəlib, onlardan 2000-dən çoxunu aparıb-gətirmək üçün taksilər, daha xüsusi qonaqlar üçün isə 15 müvəqqəti helikopter tutulub.