Kabulda məscidə hücum zamanı onlarla insan ölüb

Şəklin mənbəyi, Reuters
Əfqanıstan paytaxtı Kabulda şiə məscidinə edilən intihar hücumu nəticəsində azı 27 nəfər ölüb, polis bildirir.
Bağır ul Olum məscidinə edilən hücumda həmçinin 35 nəfər yaralanıb.
Piyada hücumçü özünü binanın içində partladıb, məlumatlarda deyilib.
Hadisəyə görə hələlik hansısa qrup məsuliyyətli olduğunu açıqlamayıb.
Əfqanıstanda əhalinin 15 faizi şiədir. İyul ayında Kabulda şiə müsəlmanlarının etiraz nümayişi zamanı özünü İslam Dövləti adlandıran qrupun hücumu zamanı 80 nəfər ölüb.