Avropa Parlamentindən Kremlin təbliğatı ilə mübarizəyə çağırış

Dmitri Kiselyov Fotonun müəllifi AFP
Image caption Dimitri Kiselyov tərəfindən idarə edilən Rossiya Segodnya media təşkilatı Aİ tərəfindən Rusiyanın təbliğat və dezinformasiya üsuli sayılır. Amma Aİ təşkilata qarşı repressiya istəmir.

Çərşənbə günü Avropa Parlamenti qəbul etdiyi ətraflı qətnamədə Kreml və islamçı ekstremistlərin təbliğatına qarşı mübarizəyə çağırış edib. Qətnamə Aİ ölkələrini mübarizəni aparmaq üçün bu təbliğatı daha fəal şəkildə ifşa etməyə və Aİ barədə müsbət xəbərləri yaymağa çağırır.

"Aİ-nin üçüncü tərəflərdən ona qarşı mövcud olan təbliğatına qarşı mübarizə üçün strateji rabitə" adlanan hesabat üzrə hazırlanmış qətnamə səsvermədə 304 Avropa Parlamenti (AP) deputatının dəstəyini qazanıb. 179 deputat qətnaməyə qarşı səs verib və 208 deputat isə səsvermədə iştirak etməkdən imtina edib.

Rusiyanın tərəfdarları, rusiyalı siyasətçilər və dövlət mediası sənədi kəskin şəkildə tənqid edib. Onlar qətnamənin müəlliflərini senzura, öz təbliğatlarını yaymaq niyyətində olmaqda və soyuq müharibə dövrünün ritorikasından istifadə etməkdə günahlandıraraq, Rusiyanın özünü İslam Dövləti adlandıran silahlı qruplaşma ilə müqayisə edilməsini pisləyiblər.

Qadağan yox, yardım

Hesabat həmçinin Aİ-nin mərkəzi orqanlarını və üzv ölkələrini dezinformasiyanın analizi və ifşası ilə məşqul olan təşkilatları və Rusiya daxil olmaqla şərqdə yerləşən olkələrdə azad medianı fəal şəkildə dəstəkləməyə çağırıb.

Avropa Parlamentinin bu qətnamələrinin qanuni qüvvəsi yoxdur - onları yalnız Aİ-nin icraedici oqranları tövsiyə kimi qəbul edir.

Fotonun müəllifi Getty Images
Image caption Doqquz il əvvəl qətnamənin müəllifi Anna Fotyga Polşanın xarici işlər naziri olduğu vaxtlar Rusiyanın xariçi işlər naziri Sergey Lavrovla şəkil çəkdirib

Hesabatda AP-nın Rusiya təbliğatının üsulu saydığı bir neçə media təşkilatının adı çəkilir.

Russkiy Mir (Rusiya Dünyası), Russia Today və Sputnik media təşkilatlarına hesabatda diqqət verilib.

Preambuladan başqa 59 maddədən ibarət olan hesabatda yalnız bir məqam KİV və təşkilatarla mübarizəyə çağırış sayila bilər. Bu hissədə, Aİ "Aİ-nin müvafiq qurumlarını anti-Avropa təbliğatı ilə məşğul olan təşkilatların maddi mənbələrini yaxından müşahidə" etməyə çağırır.