FTB araşdırması: Brad Pitt-ə "ittiham təqdim olunmayacaq"

Brad Pitt Fotonun müəllifi Reuters
Image caption Brad Pitt altı uşağına birgə himayədarlıq etmək istəyir

Oscar laureatı, Fransadan Los-Angeles şəhərinə yollanan təyyarədə 15 yaşlı oğlu Maddox-a qarşı kobud rəftarda ittiham olunub.

Angelina Jolie dərhal boşanma müraciətini təqdim edib və altı uşaq üçün tək himayədarlıq istəyib.

Sosial işçilər Pitt üzərindəki ittihamı, iki həftə öncə qaldırıblar.

FTB bildirib: "Cənab Brad Pitt övladları ilə birgə uçuşdan sonra edilən açıqlamaların ardından aparılan araşdırmalardan sonra FTB vəziyyəti gözdən keçirib və təhqiqatı dayandırıb."

"Məsələ üzrə heç bir ittiham irəli sürülməyəcək."

52 yaşlı Pitt, altı övladı üçün qanuni və fiziki himayədarlıq istəyir. Qeyd edək ki, uşaqlardan üçünü Jolie 2004-cü ildə övladlığa götürüb.

Pitt və Jolie iki il öncə özəl mərasimlə Provence əyalətindəki mülklərində evlənmişdilər.

Bu barədə daha geniş