Misirdə yaşı 7 mindən çox olan qədim şəhər tapılıb

Abidos məbədi

Şəklin mənbəyi, Thinkstock

Şəklin alt yazısı,

Qədim şəhər Abidos yaxınlığında aşkar olunub

Misir arxeoloqları yaşı 7 min ildən çox olan qədim şəhər aşkar ediblər.

Qazıntı sahəsində bina, alətlər, məişət və mətbəx ləvazimatları ilə yanaşı nəhəng məzarlıq tapılıb.

Şəhər Nil çayının sahilində, Abidos şəhərindəki firon I Setinin məbədi yaxınlığında yerləşir.

Eskpertlərin sözlərinə görə, aşkar edilmiş 15 məzarlığın ölçüsü onların sahiblərinin yüksək statusundan xəbər verir.

Şəhərdə yüksək rütbəli məmur və məqbərə inşaatçılarının mənzilləndiyi güman edilir.

Yaşayış məntəqəsinin inkişafı Misirin qədim dövrünə aid tarixi kəsimin erkən mərhələsinə təsadüf edir.

Xəritə
Şəklin alt yazısı,

Şəhər Nil çayının sahilində, Abidos şəhərindəki firon I Setinin məbədi yaxınlığında yerləşir.

Mumiya

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Noyabrın əvvəlində İspaniya arxeoloqları Luksor yaxınlığında yaşı 1 min ildən artıq olan mumiya tapıblar

Qazıntı sahəsi

Şəklin mənbəyi, EGYPTIAN MINISTRY OF ANTIQUITIES

Ehtimallara görə şəhərin tarixi eramızdan əvvəl 5316-cı ilə gedib çıxır.

Ekspertlər ümid edir ki, arxeoloji tapıntı prezident Hüsni Mübarəkin devrilməsindən sonrakı qeyri-sabitlik şəraitində zəifləyən turizm sənayesinin canlandırılmasına təkan verə bilər.

Mumiya

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Noyabrın əvvəlində İspaniya arxeoloqları Luksor yaxınlığında yaşı 1 min ildən artıq olan mumiya tapıblar

Fironlar vadisi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Misirdəki qeyri-sabitliyə görə ölkəyə gələn turistlərin sayı azalıb.