AP sədri Martin Schulz vəzifəsini tərk edəcək

Martin Schulz Fotonun müəllifi EPA
Image caption Martin Schulz 2012 ildən AP sədri vəzifəsinə seçilib

Avropa Parlamentinin (AP) sədri bildirib ki, üçüncü müddətə seçilmək fikrində deyil və gələn ilin yanvar ayında öz vəzifəsini tərk edəcək.

Martin Schulz bu qərarı asan qəbul etmədiyini deyib.

Siyasətçi sosial-demokrtlar partiyasının lideri kimi Almaniyanın Reyn-Vestfaliya torpağından Bundestaq seçkilərinə qatılmaq niyyətindədir.

Bundan əvvəl Martin Schulz-un Almaniya siyasətinə qayıtmaq üçün hazırkı vəzifəsindən getmək istədiyi barədə məlumatlar yayılırdı.

Politoloqlara əsasən Martin Schulz gələn il keçirilən seçkilərdə Angela Markel-in əsas rəqibinə çevrilə bilər.

Almaniyalı siyasətçi 1994-cü ilən bəri Avropa Parlamentinin üzvüdür, 2012 ildən isə onun sədri vəzifəsinə seçilib.

4 il əvvəl Martin Schulz Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barroso ilə birlikdə Avropa İttifaqına verilən Nobel Sülh mükafatını alıb.

Avropa Parlamentinin sədri Britaniyanın Aİ-dən çıxması ilə bağlı danışıqlarda aparıcı rol oynamalıdır.