Fidel Castronun vəfatı: milli matəm davam edir

Matəm 4 dekabra kimi davam edəcək

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Matəm 4 dekabra kimi davam edəcək

Kuba cümə günü gecədən sonra vəfat etdiyi elan edilən inqilab lideri Fidel Castro-ya yas tutur.

Bayraqlar yarıya qədər endirilib və doqquz günlük matəm elan edilib.

Bazar ertəsi insanlar 90 yaşlı liderin külünun, onun hakimiyyət üçün mübarizəyə başladığı Santiago de Cuba şəhərinə aparmazdan öncə başsağlığı verəcək.

Bəzi dünya liderləri XX əsrin simvoluna başsağlığı verib. Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Castro-nu "qəddar diktator" adlandırıb.

Castro 1959-ci ildə kommunist inqilabı nəticəsində hakimiyyətə gəlib və onilliklər ərzində ABŞ-a meydan oxuyub.

Onun tərəfdarları ona Soyuq Müharibə zamanı Amerikaya qarşı dayanan və Kubanı xalqına qaytaran adam kimi baxır. Onun tənqidçiləri isə onu diktator adlandırır.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Bayraqlar yarıyadək endirilib

Kuba hakimiyyəti ölkənin sabiq rəhbəri Fidel Castronun ölümü ilə bağlı matəm elan edib. Rəsmi yas mərasimləri dekabrın 4-dək davam edəcək.

Az qala 50 il ərzində Kubanı idarə edən Fidel Castro-nun ölümü barədə xəbəri onun qardaşı, hazırkı prezident Raul Castro elan edib.

"Kuba İnqilabının Baş komandanı bu axşam saat 22:29-da ( 03:29 GMT - 07:29 BV ) vəfat edib", dövlət televiziyasının yayımında Raul Castro deyib.

Reaksiya

Şəklin mənbəyi, AFP/getty

Şəklin alt yazısı,

Fidel Castro Kubanı az qala 50 il ərzində idarə edib

Bır sıra dövlət və hökumət rəhbərləri Fidel Castronun ölümü ilə bağlı Kuba xalqı və hökumətinə başsağlığı verib. Onların arasında Azərbaycan prezidenti də var.

"Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - prezident İlham Əliyevin Raul Castroya ünvanladığı məktubda deyilir.

Bir çox siyasi və ictimai xadim Castronun vəfatı ilə bağlı xəbərdən kədərləndiyini bildirir.

Bu arada ABŞ-ın Miami ştatındakı kubalıların icmasında bu xəbər alqışla qarşılanıb. BBC müxbirinin xəbərində deyilir ki, Kubadan gələnlər arasında Fidel Castroya qarşı mənfi münasibət mövcuddur.

Bu fikirdə olan sakinlər sabiq prezidentin ölümündən sonra dəyişikliklər gözləyirlər, Luis Fajardon ABŞ-dan göndərdiyi xəbərdə deyilir.

İnternetdəki videolarda sevinən insanların bir araya gəldiyini görmək olar. Əllərində Kuba bayraqlarını dalğalandıran adamlar yan keçən maşınların siqnallarına gülür və əl edirlər.

Uzunömürlü rəhbər

Şəklin mənbəyi, AP

50 il ərzində hakimiyyət başında olan Fidel Castro 2008-ci ildə səlahiyyətlərini qardaşı Raul Castroya ötürdükdən sonra istefaya çıxıb. Bundan iki il əvvəl o, ölkənin idarəçiliyində demək olar ki, artıq iştirak etmirdi.

2013-cü ildə cənab Castro istefa barədə qərarını ölümcül xəstəliklə əlaqələndirib.

Fidel Castro sonuncu dəfə ictimaiyyət qarşısına avqust ayında 90 illik yubileyi münasibətilə təşkil olunmuş tədbir vaxtı çıxıb. Kuba inqilabının lideri vəfatından sonra kremasiya olunmaq istədiyini deyib.