Hələbdən 7 yaşlı qız: "Həyatımız üçün savaşırıq"

Şəklin mənbəyi, Twitter
Bana Alamed @alabedbana adlı Twitter hesabından aylardır "mühasirə altındakı həyatlarını" 135 min izləyicisi ilə bölüşür.
Suriya Ordusunun Hələbdə başladığı əməliyyat nəticəsində təxminən 270 min insan mühasirədə qalıb.
7 yaşında olan Bana Alamed də anası və iki qardaşı ilə orada yaşayır.
Bana Alamed @alabedbana adlı Twitter hesabından aylardır "mühasirə altındakı həyatlarını" 135 min izləyicisi ilə bölüşür.
Son iki həftədə isə o, "bombalar altında keçən günlərindən" yazır. Onun 26 noyabrdan bəri paylaşdığı tvitlət bunlardır?
Şəklin mənbəyi, @AlabedBana
"İndi Hələb, biz çox qorxuruq. Bizim üçün dua edin", deyə o bu fotonu paylaşıb.
Şəklin mənbəyi, @AlabedBana
"Ordu içəri girdi, düzünü desəm, bu bizim sonuncu günlərimiz ola bilər. İnternet yoxdur. Xahiş edirik, xahiş edirik, bizim ucun dua edin" deyə Bananın anası Fatemah 1 gün əvvəl paylaşıb.
Şəklin mənbəyi, @AlabedBana
"Son mesaj- ağır bomba hücumu altındayıq, daha sağ qalmarıq. Biz öləndə hələ də içəridə olan 200.000 insan barəsində danışın. Sağolun", Fatemah 24 saat öncə paylaşıb.
Şəklin mənbəyi, @AlabedBana
"Bu axşam bir evimiz yoxdur, bombalanıb. Dağıntılar altında qaldım. Ölümləri gördüm, mən də az qala ölmüşdüm", 17 saat öncə paylaşılıb.
Şəklin mənbəyi, @AlabedBana
"Ağır bomba hücumları altındayıq. Ölümlə qalım arasındayıq, bizim üçün dua etməyi davam edin", 5 saat öncə paylaşılıb.
Şəklin mənbəyi, @AlamedBana
20 dəqiqə öncə isə bu tvit paylaşılıb: "Mesaj- Çox insan bomba hücumları nəticəsində öldükdən sonra biz qaçqın düşmüşük. Həyatımız üçün savaşırıq. Hələ sizinləyik"- Fatemah paylaşır.
Hələb: Suriya Ordusu növbəti ərazini qiyamçılardan alıb
Hava hücumları nəticəsində mümkün olan bu nailiyyət prezident Bəşər əl-Əsədin silahlı müxaliflərinə əsas zərbələrindən biridir.