Braziliya təyyarəsinin qəzaya uğraması nəticəsində 76 nəfər ölüb

Şəklin mənbəyi, TELEANTIOQUIA VIA TWITTER
Təyyarə dağlıq ərazidə qəzaya uğrayıb
81 nəfəri, o cümlədən, Braziliyanın Chapecoense futbol klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyada, Medellin şəhərinə yaxınlaşarkən qəzaya uğrayıb, rəsmilər bildirir.
Polis qəzadan sağ çıxan 5 nəfərdən başqa göyərtədə olanların hamısının öldüyünü bildirib.
Boliviyadan uçan kirayə götürülmüş təyyarə Chapecoense futbol komandasının üzvlərini aparırmış, hava limanı rəsmiləri bildirib.

Şəklin mənbəyi, AFP
Cənubi Amerika təmsilçisi kubokunun finalında Chapecoense Medellin komandası Atletico Nacional ilə oynamalı idi
Cənubi Amerika təmsilçisi kubokunun finalında Chapecoense Medellin komandası Atletico Nacional ilə oynamalı idi.
Final oyunu indi dayandırılıb.
Məlumatlarda deyilir ki, təyyarə yerli vaxtla gecə yarısından əvvəl (05:00 GMT) şəhərdən bir az kənarda, dağlıq ərazidə qəzaya uğrayıb.

Şəklin mənbəyi, Xəritə
Məlumatlarda deyilir ki, təyyarə yerli vaxtla gecə yarısından əvvəl qəzaya uğrayıb.
Medellinin meri Federico Gutierrez hadisəni "böyük miqyaslı faciə" kimi qiymətləndirib, lakin əlavə edib ki, bəlkə də sağ qalanlar var.