Trump prezidentliyə görə "biznesini" tərk edir

Donald Trump

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Donald biznesini "tamamilə" tərk edəcəyini deyib

ABŞ-da yeni prezident seçilmiş Donald Trump vəzifəsinə daha çox diqqət yetirmək və maraqların toqquşmasından yayınmaq üçün biznes imperiyasını tərk edəcəyini bildirib.

Cənab Trump bu barədə gələn ay mətbuat konfransında məlumat verəcəyini bildirib.

O bundan öncə maraq toqquşmaları və vəzifəsinin icrası ilə bağlı yarana biləcək narahatlıqları rədd edib.

Donald Trump açıqlamalarını Twitter üzərindən verib.

Şəklin mənbəyi, @realDonaldTrump

Şəklin alt yazısı,

Dekabrın 15-də New York şəhərində uşaqlarımla birgə keçirəcəyim geniş bir mətbuat konfransında...

Şəklin mənbəyi, @realDonaldTrump

Şəklin alt yazısı,

... Amerikanı Yenidən Güclü Etmək üçün ölkənin idarəsinə tamamilə fokuslanmaq məqsədikı böyük biznesi tamamilə tərk ecədəyim faktını açıqlayacağam. Bu, məndən...

Şəklin mənbəyi, @realDonaldTrump

Şəklin alt yazısı,

...qanunla istənilməsə də, mən bunun əhəmiyyətli olduğunu hiss edirəm, prezident kimi müxtəlif biznesim ilə maraq toqquşmaları olmasın deyə...

Şəklin mənbəyi, @realDonaldTrump

Şəklin alt yazısı,

Məni biznes əməliyyatlarından tamamilə çıxartmaq üçün sənədləşmə işləri görülür. Prezidentlik daha əhəmiyyətli tapşırıqdır!"

Daşınmaz əmlak maqnatının biznesinin 3.7 milyard dollar dəyərində olduğu güman edilir, Forbes yazır.

O, rəsmi prezidentlik fəaliyyətinə yanvarın 20-dən sonra başlayacaq.