BMT: Hələb "nəhəng qəbiristanlığa çevrilə bilər"

yaralılar Fotonun müəllifi AP
Image caption Suriya Mülki Müdafiə təşkilatı çərşənbə günü bu fotonu paylaşıb

Birləşmiş Millətlər Təşkilatının yüksək çinli nümayəndəsi Suriyanın Hələb şəhərində hökumət qüvvələrinin üsyançılar nəzarət edən ərazilərdə irəliləməsindən sonra şəhərin "nəhəng qəbiristanlığa" çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Stephen O'Brien dinc əhalini "insanlıq naminə" qorumaq üçün BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib.

Azı 34 nəfər hökumətin və müxalifətin nəzarətində olan sahələrin atəşə tutması nəticəsində dünyasını dəyişib, hesabatlar deyir.

Hərbçi və milislər həftə sonundan bəri Hələbin üsyançıların nəzarətində olan şərq hissəsinin üçdə birindən çoxunu ələ keçirib.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Stephen O'Brien Təhlükəsizlik Şurasının şəhərdə böhranı müzakirə etmək üçün fövqəladə sessiyasında çıxış edib.

Onun sözünə görə, təqribən 25 min nəfər məcburi köçürülməyə məruz qalıb, mxalifətin nəzarət etdiyi ərazilərin daxilində insanlar arasında aclıq yayılıb.

O, üsyançıların özlərinə aşkar istinad verərək qeyd edib ki, "qeyri-dövlət aktyorları" qaçan dinc əhaliyə mane olur.

Hələb 2011-ci ildə prezident Bəşər Əsədə qarşı üsyan başlamamışdan əvvəl Suriyanın ən böyük şəhəri, kommersiya və sənaye mərkəzi olub.

Ölkədə vətəndaş müharibəsi zamanı şəhər hökumət və üsyançıların nəzarətində olan rayonlara bölünüb.

Amma bu il Suriya, İranın dəstəklədiyi şiə Müsəlman yaraqlıları və Rusiya hava zərbələrinin köməyi ilə çıxılmaz vəziyyətdən yol tapıb.

Böyük Britaniyada mənzillənmiş İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupunun məlumatına görə, çərşənbə günü hökumətin üsyançıların nəzarətində olan Cabəl-qübbə vilayətini atəşə tutması ilə azı 26 nəfər ölüb.

Fotonun müəllifi AMC
Image caption Fəallar Cabəl-qübbə vilayətində ölənlərin qaçqın olduqlarını deyir
Fotonun müəllifi AFP
Image caption Qoşunlar və döyüşçülər bazar ertəsi üsyançıların nəzarət etdiyi ərazisinin şimalını tutub
Fotonun müəllifi Reuters
Image caption Yardım təşkilatları mülkiləri qida və dərmanla təmin etmək üçün səfərbər olub

Xilasediciləri "Ağ Dəbilqəlilər" kimi tanınan Suriya Mülki Müdafiə təşkilatı ölən sayının 45 olduğunu deyib.

Daha 8 nəfər hökumətin nəzarətindəki əraziyə düşmüş raketlər nəticəsində həlak olub, Suriya dövlət KİV-ləri məlumat verib.

Həmin ərazilərdə fəaliyyət göstərən Suriya və beynəlxalq yardım agentlikləri dinc əhaliyə kömək etmək üçün resursları səfərbər etməyə çalışıb.

Rusiya hərbiyyəsi yeni hesablamalarından sonra bildirib ki, 90 mindən çox adamın yaşadığı şərq rayonlarına yardım konvoylarını müşayiət etməyə hazırdır.

BMT hələ də bunu qəbul etməyə hazır olub-olmadığını bildirməyib.