Özbəkistanda prezident seçkiləri: ilkin nəticə sabah elan ediləcək

seçkilər

Şəklin mənbəyi, RIA Novosti

Özbəkistanın Mərkəzi Seçki Komitəsi hazırda səs bülletenlərini sayır.

Səsvermə Bakı vaxtilə saat 19.00-da bitib.

MSK səsvermə barədə ilkin yekun məlumatı sabah elan ediləcək, BBC Monitorinq bildirir.

Saat 2-ə olan məlumata görə, seçicilərin 86.6 faizi səsvermədə iştirak edib.

Bu rəqəm səhər 11-də 33.73 faiz olub.

Yerli qanunvericiliyə əsasən, seçkilərin baş tutmuş sayılması üçün səsvermə hüququ olan şəxslərin 33 faizinin iştirakı lazımdır.

Səsvermə 9383 seçki məntəqəsində keçirilir, onlardan 44-ü xaricdə yerləşir.

Özbəkistanda növbədənkənar prezident seçkiləri mərhum prezident İslam Kərimovun vəfatından sonra baş tutur.

Prezidentlik uğrunda dörd nəfər namizədliyini versə də, prezident əvəzi Şavkat Mirziyoyevin qalib gələcəyinə şübhə yoxdur.