İtaliyanın baş naziri referendumda uduzduqdan sonra istefa verir

Matteo Renzi

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Matteo Renzi referendumda uduzduqdan sonra istefa verib

İtaliyanın baş naziri Matteo Renzi konstitusiyaya dəyişiklik planına dair referendumda uduzduqdan sonra istefa verib.

Ötən gecə baş tutmuş mətbuat konfransında o nəticəyə görə məsuliyyət daşıdığını söyləyib və əlavə edib ki, indi YOX düşərgəsi aydın təkliflər verməlidir.

Sayılmış bülletenlərə əsasən YOX deyənlər 60 faiz təşkil edib.

Bazar günü keçirilmiş referendumda iştirak sayı ilə 70 faiz olub.

"Hamımıza uğur olsun", cənab Renzi jurnalistlərə deyib.

O bazar ertəsi günorta kabinetinə istefaya gedəcəyini söyləyəcəyini və daha sonra prezidentə istefasını təqdim edəcəyini bildirib.

Matteo Renzi referendum vasitəsilə İtaliyanın siyasi sistemində dəyişiklik etmək istəyirdi. O mərkəzi hakimiyyəti gücləndirərərk, Parlamentin üst palatasını - Senatı zəiflətmək istəyirdi.

Onun tənqidçiləri isə deyirdi ki, bu baş nazirə daha çox güc verəcək.