Bir əfqan qadın "Avropada əri tərəfindən təqib edilir"

  • By James Badcock
  • Madrid
Lina, qızı və könüllü işçi
Şəklin alt yazısı,

Lina, qızı və könüllü ilə

Lina deyir ki, onun tək günahı "Əfqanıstanda qadın doğulmaqdır".

Onu zorlamış və özündən 25 yaş böyük kişiyə məcburən ərə verildikdən sonra, 23 yaşlı tacik əsilli kabullu qadın artıq Yunanıstanda köçkünlər üçün açılmış düşərgədədir.

Amma Lina BBC-ə deyib ki, ona işgəncə verən əri onun ardınca düşərək sözlərinə tabe olmadığı üçün onu öldürməklə təhdid edib.

Bir ispan qaçqın xeyriyyə təşkilatının könüllü işçiləri Linanın hekayəsini təsdiqləyiblər.

Linanın əri, qadını və iki körpə uşağını təqib edərək adaya çatıb. Bu zaman onlar təzəcə Lesbos adasından mərkəzi Yunanıstana köçürülmüşüdü.

"Mən bü kişi tərəfindən 16 yaşımda zorlanmışdım. O mənə işgəncə verib, günlərlə məni yeməksiz buraxıb", o düşərgədə üç yaşlı oğlu, iki yaşlı qızı və onunla birlikdə Əfqanıstandan qaçan anası ilə payşdığı ağ rəngli müvəqqəti evdən telefonla zəng edərək bildirib.

Lina Kabulu bu ilin əvvəlində tərk edib, Pakistan, İran və Türkiyədən keçərək, sonda Yunanıstanın Lesbos adasına çatıb.

"İndi o məni tapıb," Lina deyib.

"O məni Türkiyədə təqib edib və indi Lesbosda səbrlə mərkəzi Yunanıstana gəlməyi gözləyir ki, söz verdiyi kimi məni öldürsün. O məni adada tapmadı, yoxsa məni öldürərdi."

"O mənim hansı düşərgədə olduğumu bilir".

Linanın iki yaşlı qızı düşərqədəki evinin qabağında dayanıb
Şəklin alt yazısı,

Linanın iki yaşlı qızı (yuxarıda) hal-hazırda Yunanıstanda düşərgədə böyüyür

Miqrant düşərgəsində Barselonalı könüllü Iris Sequera, Linanın hekayəsini qaçqınların İspan hakimiyyəti tərəfindən qəbul edilməsinə cəhd edən təşkilatın diqqətinə gətirib.

"Qaçqınlar, İspaniyaya Buyurun" təşkilatı onu 22 ən həssas hallar siyahısına daxil edib, amma hələ də İspan hakimiyyətinin qərarını gözləyir.

Eyni zamanda, Sequera xanım Linanın əri ailəni Facebook vasitəsi ilə təhdid etdiyini deyib.

"Bir gün tanımadığım bir şəxs məni Facebook-da dostluğa əlavə edərək mənə ərəb hərflərilə yazdı. O Linanın əri olduğu dedi və onun barədə suallar verdi, amma mən ona heç nə bimədiyimi deyib onu blok etdim," Sequera xanım deyib.

Gənc könüllü deyir ki, bundan sonra Linanın əri saxta addan istifadə edərək ona bir daha yazıb, Lesbosda ayrılmış ailələrin bir-biri ilə qovuşmasına yardım edən təşkilatdan yoldaşı və uşaqlarının harada olduğu öyrəndiyini deyib.

"O, onun dəqiq olaraq hansı evcikdə qaldığını bildiyini dedi," Sequera xanım bildirib. "O həmçinin məni də təhdid edib namərd adlandırdı".

Suriyalı qaçqınlar Yunanıstanın Thessaloniki şəhərinin yanında polis avtomobilinə minir (30 noyabr 2016)

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

İlin əvvəlindən yüz minlərlə miqrant Yunanıstana çatıb

"Qaçqınlar, İspaniyaya Buyurun" təşkilatı Linaya evciyinin qapısını bağlamağa icazə verdiyini bildirib, halbuki düşərgədə adətən buna icazə verilmir.

Lakin Sequera xanım deyir ki, Lina tezliklə Yunanıstandan köçürülməsə, onun həyatı təhlükə altında olacaq.

Madridin solçu şəhər icra hakimiyyəti İspanya hökümətinə Lina üçün yaşayış yeri təşkil etdiyini və onu qəbul etməyə hazır olduğunu bildirib. Amma sığınacaq və köçkünlərlə bağlı məsələlərə İspaniyanın daxili işlər nazirliyi məsuliyyət daşıyır.

Hakimiyyət fərdi sığınacaq hallarını müzakirə etmir.

Lina hələ də əlacsız gözləyir.

"Nə olar, məni bu cəhənnəmdən xilas edin və həyatıma başqa bir şans verin. Əvvəllər mən oxuyub azad olmaq xəyalları ilə dolu gənc bir qız idim, lakin Əfqanıstanda bu haqlarım rədd edildi," o deyib.

"İspanya xalqına mənim ailəmi qəbul etməsi üçün yalvarıram. Mən ərimsiz və işgəncəsiz sabit həyat istəyirəm. Ondan qaçmaq mənim xilasım olacaq."