UNESCO Misir çubuq rəqsini insanlığın mədəni irsi kimi qəbul edib

Şəklin mənbəyi, AFP/ Getty
İnsanlığın mədəni irsi çərçivəsində təqdim edilən on bir yeni nümunədən biri kimi Misirin Tahteeb rəqsi də (kişilərin çubuqlarla ifa etdikləri rəqs) UNSECO tərəfindən seçilib.
Rəqsin tarixi Misirdə Fironlar dövrünə dayanır və döyüş sənətinin bir forması hesab olunur. Bu, milli xalq musiqisinin müşayiətində iki kişinin qeyri-zorakı hərəkətlərlə uzun çubuq döyüşdürməsidir.
Rəqs, ailələr və qonşular arasında nəsildən-nəslə keçərək günümüzə gəlib çatmışdır. Xüsusilə də Yuxarı Misirdə yayılan rəqsi hərəkətlərini öyrənənlər onu igidlik şücaəti kimi qəbul edirlər.
"İgidlik və cəngavərlik"
Yuxarı Misirin Sohag Vilayətini Dandara qəsəbsindən olan 32 yaşıl Tahteeb rəqqası Essam Soliman BBCM-ə deyib: "Rəqs, Məhəmməd peyğəmbərin təvəllüdü ilə bağlı hər il müsəlmanların qeyd etdiyi tədbirlərlə oxşardır. Həmçinin, toy məclisləri və festivallarda da bu rəqs ifa edilir. Rəqsin hissələri ənənəvi olaraq, qürubdan öncə başlayır və üç saatadək davam edir."
Rəqqaslar adətən müxtəlif yaş qruplarına malik kişilər olur. 63 yaşlı məktəb müdiri Mahmoud Hashem Al-Merjak BBCM-ə müsahibəsində rəqslə altı yaşından məşğul olduğunu söyləyib.
"Mən Sohag-da rəqsin veteranlarından biri hesab olunuram," o deyib.
Hashem Tahteeb-in, döyüşçüləri qılıncoynatma və müdafiyə öyrədərkən işlədilən hərəkətlərdən istifadə edərək, icra olunduğunu qeyd edib. "Rəqs özündə igidliyi, cəngavərliyi və düşməninə qarşı hörməti əks etdirir," o söyləyib.
"Ləyaqətli rəqqas heç vaxt zəif və qabiliyyətsiz düşmənini məğlub etməz. Tahteeb bizə ahəng və hərəkətləri öncədən planlamağı öyrədir," Hashem əlavə edib.

İsrail UNESCO-nun "yəhudi abidəsini inkar etməsindən" qəzəblənib
İsrail BMT-nin mədəniyyət agentliyini dini abidələrin yəhudiliklə əlaqələrini danmaqda təqsirləndirərək, əməkdaşlığı dayandırıb.