Şimali Koreya "Cənubun hərbi komandanlığına haker hücumu edib"

Kim Jong-un

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

2014-cü ildə Şimali Koreya lideri Kim Jong-un barədə film çəkən Sony şirkəti kiberhücuma məruz qalmışdı. Pxenyan haker hücumunda əli olduğu barədə iddiaları rədd etdi.

Cənubi Koreyanın hərbi kiber komandanlığı Şimali Koreya tərəfindən müdaxilə edildiyi deyilən haker hücumlarına qarşı müdafiə quracaq, Ordu bildirib.

Hərbiyyənin sözçüsü BBC-ə deyib ki, təsnif edilmiş məlumatların oğurlandığına dair şübhələr var. Lakin o, müdaxiləyə məruz qalan konkret məlumatın adını çəkməyib.

Şimali Koreya bundan əvvəl də banklara və media qurumlarına kiber hücumlarda ittiham olunub, amma heç vaxt hərbiyyənin adı çəkilməyib.

Pxenyan ona qarşı bütün kiber hücumlar barədə ittihamları rədd edib.

"Kiber komandanlığın intranet serverində sistemi pozacaq proqram yükləndiyi görünür. Biz məxfi məlumatlar da daxil olmaqla, bəzi hərbi sənədlərin hək olunduğunu aşkarlamışıq", sözçü Yonhap agentliyinə deyib.

Az əhəmiyyətli və ya müharibə planları kimi mühüm sənədlərə hücum olunduğu bəlli deyil.

komputer

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Şimali Koreyanın kiber müharibə üçün minlərlə işçisinin olduğu güman edilir

Ordu hücumdan sonra şəbəkəsinin təhlükədə olan hissəsinin təcrid edildiyini bildirib.

Şimali Koreyanın kiber müharibə üçün minlərlə işçisinin olduğu güman edilir.