Dəyəri 20 min olan 5 funtluq əskinas

Üzərinde Jane Austen'in rəsmi olan 5 sterlinqlik əskinas

Şəklin mənbəyi, FERGUSON MEDIA

Şəklin alt yazısı,

Graham Short-un çəkdiyi mikroportretli 5 funtluq əskinaslardan biri Şotlandiyada istifadə olunub.

Üzərində məşhur Britaniya yazıçısı Jane Austen-in mikroportreti olan 4 ədəd 5 funtluq əskinas nağd pul dövriyyəsinə daxil edilib.

Bu əskinasların hər birinin 20 min funta (təxminən 443 min manata) satıla biləcəyi təxmin edilir.

Britaniya valyutasının üzərindəki Jane Austen-in portretini mikroqravyura ustası - rəssam Graham Short yaradıb.

Bu arada ilk əskinasın Şotlandiyanın Kelso şəhərində istifadə olunduğu məlumdur.

Digər üç əskinas isə İngiltərə, Uels və Şimali İrlandiyada dövriyyəyə daxil olub.

Graham Short 2 mm eni olan sancaq başında Britaniya kraliçası II Elizabeth-in şəklinin müəllifidir.

Həmin əsər 2012-ci ildə 100 min funt sterlinqə (221 min manata) satılıb.