İD "iki il ərzində 50,000 döyüşçü itirib"

Raqqa yaxınlığında İD döyüşçüləri
Şəklin alt yazısı,

2014-cü ildə genişlənməsinin maksimal həddindən sonra, İD çox ərazi itirib

ABŞ-ın başda olduğu koalisiyanın iki il əvvəl İraq və Suriyada əməliyyatlara başlamasından bəri İslam Dövləti (İD) adlandırılan qruplaşma ən azı 50,000 döyüşçüsünü itirib, ABŞ hərbi rəsmisi deyib.

Yüksək rütbəli rəsmi, rəqəmi "ehtiyatlı hesablama" adlandırıb.

Rəsmi deyib ki, itkilərin sayı, koalisiyanın hava quvvələrinin və yerli hərbçiləri dəstəkləyən az sayda ABŞ əsgərlərinin böyük təsirini nümayiş etdirir.

Lakin ABŞ dəfələrlə deyib ki, İD itirdiyi döyüşçüləri sürətlə əvəz etməyə qadirdir.

Kampaniya İD-ə zərər vurmağa başlayıb, rəsmi qeyd edib.

"Mən ölümlərin ayına sevinmirəm, lakin düşmənə təsir edəcək bu həcmdə itkilər əhəmiyyətlidir."

Şəklin alt yazısı,

Mosulda İD döyüşçüləri şübhə altında olan şəxslər (08 dekabr 2016)

Şəklin alt yazısı,

İD döyüşçüləri

ABŞ adətən qarşı tərəfin itkiləri barədə rəqəmləri yaymaqdan çəkinir.

Lakin 1 avqustda general-leytenant Sean MacFarland AP xəbər agentliyinə o vaxta gədər 45,000 düşmən döyüşçüsünün həlak olduğunu deyib.

Fevral ayında, ABŞ kəşfiyyat hesablamalarına istinadən, Ağ Evin Mətbuat Katibi Josh Earnest, İD-in Süriyə və İraq-da təxminən 25,000 döyüşçüsünün vuruşduğunu deyib.

2014-cü ildə genişlənməsinin maksimal həddindən sonra, İD çox ərazi itirib, və indi Rusiya, Türkiyə, İraq, Suriya, Kürd qüvvələri və həmçinin ABŞ və Böyük Britaniya hava quvvətlərinin həmlələrinə məruz qalır.