#100 Qadın: “Allahın verdiyi haqqı kişi ala bilməz” - Əfqanıstanlı qadın polis
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

#100 Qadın: “Allahın verdiyi haqqı kişi ala bilməz” - Əfqanıstanlı qadın polis

Əfqanıstanda polis yol hərəkətinin xaosundan tutmuş Taliban hücumları kimi müxtəlif vəziyyətlərə hazır olmalıdır.

Kişilər üçün ağır olan bu xidmət qadınlar üçün daha da çətindir. Lakin ölkədə qadın polislərin daima çatışmazlığı hiss olunur.

BBC-nin jurnalist qrupu vəziyyətlə tanış olmaq üçün paytaxt Kabulun ən təhlükəli yollarından birində qurulmuş nəzarət-buraxılış məntəqəsinə baş çəkib.