Qahirədə kilsə yaxınlığında partlayış: azı 25 nəfər ölüb

Coptic
Şəklin alt yazısı,

Partlayışda onlarla insan xəsarət alıb

Misirin paytaxtı Qahirədə Kopt kilsəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, rəsmilər bildirirlər.

Partlayışda onlarla insan xəsarət alıb. Hadisənin səbəbi hələ dəqiq bilinməsə də, bir sıra media səbəbin bomba olduğunu bildirir.

Şəklin alt yazısı,

Kilsənin şüşələri sınıb

Partlayış Müqəddəs Mark Kilsəsinin yaxınlığında yerləşən Müqəddəs Pyotr Kilsəsinə ziyan vurub, yerli media yazır.

Yayılmış foto və videolara əsasən kilsənin şüşələri sınıb, dam örtükləri uçub.

Hadisə yerli vaxtla saat 10-da baş verib.