Antarktikada buzlaqların buz itkisi sürətlənib

Pine Island Glacier (Şam ağacı adası buzlağı) Fotonun müəllifi NASA
Image caption Şam ağacı adası buzlağı (Pine Island Glacier) nəhəng, şəhər ölçülü aysberqlər yaradır

Yeni uzun müddətli peyk qeydlərində müşahidə edilən buz azalması Qərbi Antarktikanın nəhəng buzlaqlarında dəyişikliyin miqyası və sürətini göstərir.

Alimlər 20 ildən artıq muşahidələrini bir araya toplayaraq, regionun böyük buzlaqlarının hündürlüyünün ildə 7 metrə gədər azaldığını aşkar ediblər.

Peykin əldə etdiyi məlumat buzun azalmasının necə buz axıntısı ilə yuxariya qalxdığını nümayiş etdirib.

Qeyd edilən buzlaqların hamısı Amundsen Dənizində bitir və qlobal okean su artımına böyük təsir göstərir.

Onların adları Pine Island, Thwaites, Pope, Smith, və Kohler-dir.

Fotonun müəllifi NASA

Hal-hazırda onlar okeana 120 və 140 milyard arası buz tökürlər. Bu isə qlobal dəniz səviyyəsini ildə 0,34 və 0,40 millimetr arası qaldırır və dəniz səviyyəsində ümumi illik artımın 10 faizdən çoxunu təşkil edir.

Buzlaqların azalmasına səbəb çox güman ki, Antarktika ətrafında son onillər ərzində müşahidə edilən su temperaturu artımıdır.

Bu, buz axınını altından əridərək onların dənizə axın sürətini artırır. Buzlaqların dənizə giriş nöqtəsini geriyə əritdiqcə, buzlağın axını sürətlənir.

"Buzlaqlar sürətləndikcə, daxildən daha çox buz axıtmağa məcbur olurlar. Bu o deməkdir ki, onlar nazikləşir, hündürlüyünü itirir - hansını ki, biz kosmosdan müşahidə edə bilirik", Böyük Britaniyanın Qütb Müşahidə və Monitorinq Mərkəzindən Doktor Hannes Konrad izah edib.

"Əgər içəridə qar və ya buz artımı olmasa, bu nazikləşmə getdikcə axıntı ilə yuxarıya qalxacaq", Leeds universiteti araşdırmacısı BBC-ə deyib.

Doktor Konrad komandasının tapıntılarını Amerika Geofizika İttifaqının (AGU) payız görüşündə, Yer kürəsi alimlərinin ən böyük toplantısında təqdim edir.

Onun tapıntıları həmçinin Geophysical Research Letters elmi jurnalına qəbul edilib.

Onun tapıntıları onu göstərir ki, buzlaqların nazikləşməsi prosesi bir-birindən fərqlənir.

Hazırda planetdə dəniz səviyyəsinin qalxmasına ən çox təsir göstərən buzlaq, Pine Island Glacier-dir (PIG). Onun üst hissəsinin nazikləşməsi artıq yüzlərlə kilometr daxilinə çatıbdır.

Digər tərəfdən Thwaites-in yüksəkliyinin azalması PIG-dən daha sonra başlayıb və iki uzun, lakin ayrı epizodla davam edib. Buna görə, Thwaites-in nazikləşməsi hələ daxilə çox irəliləməyib.

Pope, Smith, və Kohler çox güman ki, PIG-dən qabaq əriməyə başlayıb və yüksəklikləri hər il 7 metrə gədər azalır. Lakin nazikləşmə bu buzlaqların daxilinə çox irəliləməyib.

Profesor David Vaughan Sorğusundan profesor David Vaughan araşdırmada iştirak etməsədə, onun tapıntılarını yüksək qiymətləndirib - "bu birinci dəfədir ki, kimsə buzlaqların nazikləşməsini, daxilə irəliləyişini müşahidə edib".

O əlavə edib ki, alimlərdən artıq bu fərqli müşahidələri izah etmək gözlənilir.

Araşdırma səylərinin əksəriyyəti Pine Island (şam ağacı adası) üzrə mərkəzlənib, və növbəti sırada, 2019-2020 və 2020-2021 Antarktika sezonları üçün planlaşdırlımış Böyük Britaniya-ABŞ kampaniyası çərçivəsində Thwaites-dir.

"Geri çəkilən buzlaqlardan ən çox sürətlənən və hazırda balanssız buzlaq Pine Island-dır. Lakin, uzunmüddətli baxımdan, yüz illik dövr ölçüsündə ən böyük qayğı doğuran Thwaites-dir. Geometriyasından və mərkəzi hövzəsinin ortasının getdikcə dərinləşməsi səbəbindən onun geriyə çəkilməsi başlasa, bəlkə də onun qabağını heç nə ala bilməz".

Jonathan.Amos-INTERNET@bbc.co.uk and follow me on Twitter: @BBCAmos

Bu barədə daha geniş