49 qadının lüt şəklini çəkən həbs edilib

Şəklin mənbəyi, Thinkstock
Avstraliyada britaniyalı bir kişi paltar dəyişmə otaqlarında 49 qadının gizlin fotolarını çəkməkdə ittiham olunub.
28 yaşlı kişi şənbə günü Queensland-in Sunshine Sahilində çimərlik geyimi mağazasında həbs edilib, polis bildirib.
Onun telefonunda 100-dən çox lüt qadın foto və videolarının aşkarlandığı deyilir.
Görüntülərdən bəziləri onun şəxsi Facebook hesabına yüklənib, polis bildirib.
Hadisə bir alıcının onu soyunub-geyinmə kabinəsinin üstündən telefonla çəkdiyini görərkən aşkarlanıb.
İşçi vizası Avstraliyaya aid olan britaniyalı kişi şəxsi həyata müdaxilə maddəsilə ittiham olunub. O, bazar ertəsi məhkəməyə çıxarılacaq.