Britaniya mətbuatı: İki Erdoğan - biri prezident, o biri məhbus…

British press

"The Guardian" qəzetində Roy Greenslade yazır: "Türkiyənin mükafatlı yazıçısı və insan haqları fəalı Aslı Erdoğan ötən avqustdan bəri həsxanada olub. Recep Tayyip Erdoğan isə 140 jurnalistin və saysız-hesabsız insan haqları fəalının həbsxanalara atılması üçün məsuliyyət daşıyan suiyasətçidir. Mənim bildiyimə görə məhbus romançı ilə Türkityə prezidenti qohum deyillər. Bu iki Erdoğanın son dörd ayda yaşadıqları fərqli həyatları yazıçı Elif Şafak" New Yorker məcmuəsində dərc olunmuş çox güclü essesində işıqlandırıb".

Elif Şafak özünün "Türkiyədə yazıçıların susdurulması" adlı essesində yazır ki, ən kədərlisi Erdoğan hökumətinin ilk növbədə baş tutmamış çevriliş cəhdinə qarşı çıxan demokart və liberalları cəzalandırmasıdır.

Essedə deyilir ki, Aslı Erdoğan sadəcə olaraq Özgür Gündem qəzetinin məşvərət şurasının üzvü olduğuna görə həbs edilib, sürgün olunub və qara siyahılara salınıb.

Roy yazır ki, deyilənlərə görə diabet xəstəliyindən əzab çəkən yazıçı Aslı Erdoğan həbsxanada dərmanlarından məhrum edilibmiş.

O öz vəkili vasitəsilə mətbuata çatdırmışdı ki, hakimiyyət bilərəkdən onun səhhətinə sağalmaz ziyan vurmaq istəyir.

Aslı Erdoğan "terrorçu təşkilatın üzvü olmaqda" və "milli təhlükəsziliyə hədə yaratamaqda" ittiham edilib.

Londonda yaşayan türk yazıçısı Şafak həmçinin həbsxana barmaqlıqları arxasında olan başqalarının da adlarını çəkir: özünün 70 yaşını həbsxanada qeyd etmiş dilçi-alim Necmiye Alpay, romançı Ahmet Altan, alim Mehmet Altan, liberal sütunyazarı Şahin Alpay, dünyəvi Cumhuriyet qəzetinin baş redaktoru Murat Sabuncu və onun ədəbiyyat üzrə redaktoru Turhan Günay…

Elif Şafak

Şəklin mənbəyi, MYCHELE DANIAU/GETTY

Şəklin alt yazısı,

Yazıçı Elif Şafak hesab edir ki, hazırda Türkiyədə yazıçıların susdurulması davam edir

Şafakın yazdığına görə Erdoğanın AKP partiyası anlamır ki, demokratiyanı bərqərar etmək üçün azad seçkilər kifayət deyil. Demokratiyanın - hakimiyyətin paylanması, qanunun aliliyi, ifadə azadlığı, qadın və azlıqların haqları, pluralist və müstəqil media kimi başqa elementləri də var.

Elif Şafakın fikrincə "bu mühüm təməl daşları olmadan seçki qutuları yalnız ən yaxşı halda majoritarizmə, ən pis halda isə avtiroritarlığa aparır.

Yazıçı Şafakın düşüncəsinə görə yazıçıların susdurlması cəmiyyəti aşılandırır. Belə bir vəziyyət öz həmkarlarının həbslərinə çağırışlar edən fürsətçi jurnalist və yazıçıların yaranmasına səbəb olur.

Şafak qeyd edi ki, Türkiyə yazıçıları intellektual və bədii yaradıcılıq azadlığının itirilməsinə dörd şəkildə reaksiya veriblər.

  • Birincisi, siyasətsizləşmə və ya özünüsenzura yaranıb.
  • İkincisi həddən-ziyadə fəlsəfiləşmə gedib. Yəni artıq yazıçı elə mücərrəd bir şəkildə yazır ki, bircə avtokrata avtokrat deməsin.
  • Üçüncüsü isə yazıçılar hazır olmadıqları ictimai rola keçməli olurlar ki, bu da onların yaradıcılığı üçün ən naməlum nəticələrə gətirib çıxarır.
  • Dördüncüsü isə satiradır. Şafak yazır ki, bu vəziyyətdə hakimiyyəti, "babadan" qorxan cəmiyyəti, özümüzü lağa qoymaqdan daha yaxşı hansı yol ola bilər?

Lakin Şafak dərhal da xəbərdarlıq edir ki, indi Türkiyədə "yumor" çox qorxulu işdir.

Təsadüfi deyildir ki, həbs olunanların arasında ölkənin aparıcı karikaturaçılarından Musa Kart da var.

"Hətta ən köhnə dostluqlar da çilik-çilik olur. Narahat çoğrafiyalardakı yazıçılar əvvəllər heç vaxt olmadığı qədər siyasətdən yazırlar" - bildirir Şafak.

Yazıçının sözlərinə görə onun qələm dostları hər gün kütləvi ümumiləşdirmələr mədəniyyətinin gətirdiyi mənfiliklərə sinə gərməli olurlar.

Belə bir şəraitdə cəmiyyətin bir hissəsi ilə o biri hissəsinin qarşı-qarşıya qoyulması ilə mübarizə aparmaq çətin olur.

Şafakın fikrincə bu qarşıdurmadan yalnız populist demaqoqlar qazanırlar.

İran deyir ki, "dünya müharibəsi" ola bilər

"Express" qəzetinin yazdığına görə İranın müdafiə naziri Hüseyn Dehqan bəyan edib ki, ABŞ-da Donald Trump-ın prezident seçilməsindən sonra dünya müharibəsi təhlükəsinin yaranması tamamilə mümkündür.

Bununla yanaşı nazir əlavə edib ki, New York-lu tikinti maqnatının əsas hərəkətverici qüvvəsi puldur və ola bilsin, yeni müharibənin ABŞ-a trilyonlarla dollar başa gələcəyi fikri onu qlobal münaqişəyə girməkdən çəkindirsin.

Tehranda keçirilən təhlükəsizliyə aid konfransada cənab Dehqan deyib ki, "düşmənləri İranın əsl hərbi qüdrəti barədə yanlış təsəvvürlər aldada bilər".

"Belə bir müharibə İsrailin sionist rejimin məhvi olmaqla yanaşı, həm də bütün regionun alovlanması ilə dünya müharibəsinə gətirib çıxara bilər" - deyib İranın müdafiə naziri.

Trump

Şəklin mənbəyi, AFP/GETTY İMAGES

Şəklin alt yazısı,

Donald Trump prezident seçkisi kampaniyası zamanı İranı kəskin tənqid etmiş və bildirmişdi ki, ABŞ Tehranla bağlanmış nüvə sazişindən çıxacaq.

"Express" yazır ki, böyük bir ehtimalla Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətəri nəzərdə tutan Dehqan deyib ki, sözü gedən potensial müharibə "Fars körfəzindəki şəhər-dövlətləri məhv edəcək, çünki bu ölkələr geniş xalq kütlələri tərəfindən dəstəklənmir.

Hüseyn Dehqan ABŞ-da prezident seçilmiş Trump barədə deyib ki, "o bir biznesmendir və hər şeyin qiymətini dollarla hesablayır və buna görə də çətin, bizim ölkəmizə qarşı çıxsın".

"Express" yazır ki, İranın qatı düşməni İsrail və Körfəz ərəb ölkələri Yaxın Şərq münaqişələrində qarşı duran tərəfləri dəstəkləyirlər.

Donald Trump prezident seçkisi kampaniyası zamanı İranı kəskin tənqid etmiş və bildirmişdi ki, ABŞ Tehranla bağlanmış nüvə sazişindən çıxacaq.

Trump bu müqaviləni Amerikanın tarixində "ən pis saziş" adlandırmışdı.