Trump Exxon-nun sədrini Dövlət katibi seçdi

Şəklin mənbəyi, Getty Images
Rex Tillerson
ABŞ-ın yeni seçilmiş gələcək prezidenti Donald Trump Exxon Mobilin icraçı direktoru Rex Tillerson-u dövlət katibi vəzifəsinə təyin edəcəyini bəyan edib.
Cənab Trump 64 yaşlı cənab Tillersonu "ən mükəmməl biznes liderləri" arasında biri kimi tərifləyib.
Cənab Tillersonun Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətləri olduğu deyilir. Bu, Demokratları və bəzi Respublikaçıları təşvişə salan məsələdir.
Exxon Mobil dünyayın bir çox ölkəsində, Şimal Qütb dairəsindən tutmuş cənubi Avstraliyaya qədər, İndoneziya, Azərbaycan, Çad və Eqvatorial Qvineya kimi ölkələrdə fəaliyyət göstərir. 2015-ci ildə Afrika və Asiya şirkətin neft hasilatının ən böyük mənbələri olub.
İyul ayında, o və BP-nin icraçı direktoru Bob Dudley arasında kemişdə baş vermiş gərginlik və fikir ayrılığı nəticəsində Azərbaycanla bağlanmış "Əsrin müqaviləsi" adlanan sənədin yenilənməsi ləngimişdi.