Qətər "kəfələ" sistemini ləğv edir

Şəklin mənbəyi, Getty Images
2022 Dünya Futbol Çempionatı üçün Qətər tikinti sahəsində yüz minlərlə işçi qəbul edib.
Qətər xarici işçilərin ölkəni tərk etmək və ya işlərini dəyişmək üçün işəgötürəndən icazə istəməsinə dair mübahisəli əmək sponsorluğu sistemini ləğv edir.
Sərbəstlik və müdafiə imkanları verən yeni müqavilə qanunu "kəfələ" sisteminə son verib.
İnsan haqları qrupları bu sistemi müasir köləlik adlandırıb.
2022 Dünya Futbol Çempionatı üçün Qətər tikinti sahəsində yüz minlərlə işçi qəbul edib.
Müşahidəçi qruplar işçilərin çoxunun iş şəraitinə görə öldüyünü qeyd edir.
Məcburi əmək ittihamları
Qətər çərşənbə günü yeni qanunun qüvvəyə mindiyini bildirib. Hökümət bu yolla əmək miqrantlarının hüquqlarının qorunacağını deyir.
Lakin Amnesty International götürülmüş ölçülərin əhəmiyyətli dəyişikliklərə səbəb olacağını düşünmür.
"Bu yeni qanun sözü "sponsorluq" sözündən yaxa qurtarır, amma eyni köləlik sistemini toxunulmaz saxlayır," Aİ-dən James Lynch bildirib.
Qrup deyir ki, əmək miqrantları hələ də evə qayıtmaq üçün işəgötürənin razılığını almalıdır.
Aİ bu ilin əvvəlində Qətəri miqrantlarına məcburi əməyə cəlb edilməsinə görə tənqid edib, ölkə ittihamlardan "narahat" olduğunu və araşdırma aparacağını qeyd edib.