Hələbin şərqindən səslər

Hələbin şərqində hökumət qüvvələrinın mühasirəsi altında qalmış sakinlər əvvəl təxirə salınmış və daha sonra dayandırılmış təxliyə və atəşkəsin pozulması nəticəsində yaranan qeyri-müəyyənlik barədə yaşadıqları hissləri sosial şəbəkələr və dünya mediası ilə paylaşırlar.

Müxalif üsyançılar tərəfindən idarə edilən ərazilərdə fəaliyyət göstərən Ağ Dəbilqəlilər adlı könüllü xilaskarlar qrupunun üzvü İsmail Alabdullahın Twitterdə paylaşdığı videoda şərqi Hələbdə dağılmış bir küçə görünür və yaxında partlayışlar və silah atəşləri eşidilir.

Salah Aşkar adlı yerli fəal və jurnalist Twitter-də paylaşdığı videoda şərqi Hələbdə qaldığı binaya dəyən zərbənin yerini göstərir. Video ilə paylaşdığı şərhdə o, "indicə bizim binanın damına bomba düşdü" deyir və əlavə edir ki, "avtobusları gözləyən insanlar özlərini xilas etmək üçün qaçıb sığınacaq axtarmağa məcbur qalıblar".

Şəklin mənbəyi, Twitter (Salah Ashkar)

Şəklin alt yazısı,

Yerli fəal və jurnalist Salah Ashkar şərqi Hələbdə qaldığı binaya dəyən zərbənin yerini göstərir.

Jurnalist Zouhir al-Shimale paylaşdığı videoda kasetli bombaların partlayış səslərinin eşidildiyini iddia edib. Müxalifət fəallarının şəbəkəsi Yerli Koordinasiya Komitəsi də çərşənbə günü kasetli bombaların istifadə edildiyini idda edir.

Bəzi sakinləri isə Twitter vasitəsilə dünya liderlərinə müraciət edərək kömək istəyiblər.

Aylardır ki, üsyançılar tərəfindən idarə olunan şərqi Hələbdən tvitlər paylaşan yeddi yaşlı Bana Alabedin anası Fatemah, Türkiyə xarici içlər naziri Mevlet Çavuşoğluya müraciət edib:

Şəklin mənbəyi, Twitter (Bana Alabed/ Fatemah Alabed)

Şəklin alt yazısı,

"Cənab @MevlutCavusoglu bizim dünən ümidimiz var idi, amma indi nə baş verir? Xahiş edirik bizə dərhal kömək edin. Artıq vaxt qalmayıb. Təşəkkür edirik - Fatemah"

"Cənab @MevlutCavusoglu bizim dünən ümidimiz var idi, amma indi nə baş verir? Xahiş edirik bizə dərhal kömək edin. Artıq vaxt qalmayıb. Təşəkkür edirik - Fatemah".

Digərləri yerdəki qeyri-müəyyənlikdən danışır. ABC müxbiri Molly Hunter tvitində yerli fəallardan aldığı məlumatı paylaşıb:

Şəklin mənbəyi, Twitter (Molly Hunter)

Şəklin alt yazısı,

"Şərqi #Hələbdən bir fəal: Biz burdan getmək istəyirik, biz bu şəhəri tərk edəcəyik, biz yenə qırğın istməirik, bizə getməyə imkan verin, nə baş verir?"

"Şərqi #Hələbdən bir fəal: Biz burdan getmək istəyirik, biz bu şəhəri tərk edəcəyik, biz yenə qırğın istməirik, bizə getməyə imkan verin, nə baş verir?"

AFP xəbər agentliyinin Livanın Beyrut şəhərində yerləşən jurnalisti Maya Gebeily Hələbdə əməkdaşlarından aldığı məlumatı paylaşıb:

Şəklin mənbəyi, Twitter (Maya Gebeily)

Şəklin alt yazısı,

"@AFP korrespondenti qorxu içində sakinlərin küçələrdə qaçaraq uğursuz sığınacaq axtarışına şahid olub."

"@AFP korrespondenti qorxu içində sakinlərin küçələrdə qaçaraq uğursuz sığınacaq axtarışına şahid olub."

BBC-ə canlı müsahibəsində yerli fəal Monther Etaky törədilən zorakılıqlara görə Rusiya və İranı günahlandırıb. Müsahibə zamanı eşidilən partlayışlar barədə suala cavabında o, "biz buna artıq öyrəşmişik" deyib.

Son bir neçə ay ərzində hökumət yönümlü qüvvələr tərəfindən mühasirəyə alınan şərqi Hələbdə yaşayış şəraitləri getdikcə ağırlaşıb.

Yerli Ağ Dəbilqəlilər fəalı İsmail Alabdullahın üç gün əvvəl paylaşdığı videoda şəhərdə binalar arası həyətlərdən birinin məzarlığa çevirildiyini göstərib.

Şəklin mənbəyi, Twitter (Ismail Alabdullah)

Şəklin alt yazısı,

Ağ Dəbilqəlilər faəlı İsmail Alabdullahın "ağrı və əzabın başqa bir şəkili, Hələbin bütün bağları məzarlıqlara dönüb" şərhi ilə paylaşdığı videodan görüntü.

Ağ Dəbilqəlilərin Twitter hesabında deyilir ki, bu, yerli icmalardan olan, başqalarını xilas etmək və ümid gətirmək üçün öz həyatlarını riskə atan 2900 könüllüdən ibarət axtarış və xilasetmə qrupudur.