Əfqanıstan: sabiq qubernator vitse -prezidenti cinsi təcavüzdə ittiham edir

Əhməd Eşçi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Əhməd Eşçi müxbirlərə ayaqlarındakı xəsarət izlərini nümayiş etdirib.

Əfqanıstanın Cauzcan əyalətinin sabiq qubernatoru vitse-prezident, general Əbdül Rəşid Dostum tərəfindən oğurlandığını və cinsi təcavüzə məruz qaldığını bidlirir.

Əhməd Eşçi beş gün iradəsi əleyhinə generalın iqamətgahında saxlanıldığını bildirir.

İddia olunur ki, bu müddət ərzində o, vitse-prezident və daha on nəfər tərəfindən cinsi səciyyəli hərəkətlərə məruz qalıb.

Hadisəyə aidiyyəti olmadığını deyən general Dostum ittihamları təxribat adlandırır.

Şəklin alt yazısı,

General Dostum ittihamları rədd edir.

Onun sözlərinə görə qarışıqlıqların təşkilində şübhəli olan Əhməd Eşçini onun mühafizəçiləri yox, kəşfiyyat xidmətinin əməkdaşları saxlayıblar.

ABŞ və Avropa İttifaqı iddiaların araşdırılmasına çağırıblar.

Əfqanıstan hakimiyyəti hadisə ilə bağlı ətraflı təhqiqatın keçiriləcəyini vəd edib.