Yəmən münaqişəsi: ABŞ Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdırır

Şəklin mənbəyi, Reuters
Səudiyyə Ərəbistanı 2015-ci ilin martında prezident Hadinin tərəfdarı kimi müharibəyə qoşulub
ABŞ Yəmənə etdiyi hava hücumlarının insan itkiləri ilə nəticələndiyi üçün Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdırır.
Dəqiq hədəfli silahlar daha göndərilməyəcək, Pentagon rəsmisi bildirib.
Prezident Barack Obamanın administrasiyası Yəmənə yönəlmiş hava hücumlarından narahatlıq keçirdiyini bildirib.
Oktyabrda 140-dan çox insan yas mərasiminə edilən hücum zamanı həyatını itirib.
Bu hücuma görə Səudiyyənin rəhbərliyi altında hərbi koalisiya ittiham edilib.
Bu koalisiya İranın dəstəklədiyi husi qiyamçılarına qarşı seçilmiş höküməti dəstəkləyir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price bundan əvvəl Səudiyyəni ABŞ-la əməkdaşlıq "az kağız deyil" ifadəsi ilə xəbərdarlıq edib.
Lakin ABŞ Səudiyyəyə sərhəd təhlükəsizliyinə dair kəşfiyyatda yardım etməyə davam edəcək.
Bundan başqa, mülkilərin ölümünə səbəb olmamaq üçün koalisiyanın pilotlarına təlimlər keçəcək, rəsmi bildirib.
2014-cü ildə Yəməndə münaqişə başladıqdan bəri minlərlə insan ölüb, təxminən 3 milyon insan qaçqın vəziyyətinə düşüb.

Yəmən: cümə axşamı 72 saatlıq atəşkəs elan ediləcək
Cümə axşamı günü Yəməndə 72 saatlıq atəşkəs qüvvəyə minəcək, BMT-nin xüsusi nümayəndəsi bildirib.