Hələbin şərqində təxliyə əməliyyatı “həyata keçirilir”

Hələbdə avtobus

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Hələbin şərqində 50,000 insanın qaldığı xəbər verilir

Üsyançıların əlində olan Şərqi Hələb rayonlarında təxliyə əməliyyatı həyata keçirilir, Qırmızı Xaç rəsmiləri bildirir.

Beynəxalq Qırmızı Xaç komitəsinin maşınları şəhərdən 200 yaralını təxliyə etməlidir.

Daha geniş əməliyyat çərçivəsində şəhərin şərqinə təcili tibbi yardım və avtobuslardan ibarət daha bir karvan yollanır.

4 il davam edən qarşıdurma ardınca hökumət qüvvələrilə silahlılar demək olar ki, üsyançıların nəzarət etdiyi bütün rayonları ələ keçiriblər.

Suriyanın dövlət televiziyası cümə axşamı günü Şərqi Hələbdən "ailələri ilə birlikdə 4000 üsyançının" çıxarılacağını bildirib.

Hələbin şərqində 50,000 insanın qaldığı xəbər verilir.