Hələb: Dağıntılara məruz qalan şəhər

Suriyadakı Hələb şəhərinin şərqində həyata keçirilən təxliyə ilə bağlı hadisələr həftə boyu xəbər başlıqlarında qalıb. Ötən həftə Hələbi 6 min adam tərk edib. Lakin əməliyyat cümə günü qəfil dayandırılıb. BBC üsyançıların əlində olan rayonları tərk etmiş insanların şəkillərini bir araya gətirib.

Şəklin alt yazısı,

Şərqi Hələbin Bustan əl-Qars rayonunu tərk edən üsyançılar ardınca buranı arxada qoyub çıxmağa tələsən dinc sakinlər.

Şəklin alt yazısı,

Hələbin şərqindəki bir çox rayon dağıntılar içindədir. Xarabalıqlarda yaşayan insanlar bəzən ailə üzvləri və yaxınlarını tapa bilmirlər.

Şəklin alt yazısı,

Vaxtilə üsyançıların əlində olan Bustan əl-Qars rayonunu tərk etmiş bu oğlan hökumət qüvvələrinin nəzarətindəki Fardos rayonuna gəlib.

Şəklin alt yazısı,

Suriya əsgərləri Fardosa gələn sakinləri salamlayırlar.

Şəklin alt yazısı,

Bu Suriyalı qadın Fardosa uşaqları ilə birlikdə gəlib.

Şəklin alt yazısı,

Bəzi sakinlər hava zərbələrinə məruz qalan evləri tərk ediblər.

Şəklin alt yazısı,

Şərqi Hələbin Əl-Qalase rayonu. Bəzi küçələr o qədər dəyişib ki, onları tanımaq mümkün olmur.