Nepal: Mustanq əyalətinin kralı ilə vida mərasimi keçirilir

2011-ci ildə kral Ciqma Tici ənənəvi festivalında iştirak edib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

2011-ci ildə kral Ciqma Tici ənənəvi festivalında iştirak edib

Nepalın paytaxtı Katmanduda Yuxarı Mustanq əyalətinin sonuncu kralı ilə vida mərasimi keçirilir.

Kral Ciqma Palbar Biste cümə günü 86 yaşında vəfat edib.

O, bu kiçik buddaçı krallığa 50 ildən çox rəhbərlik edib. Cəmi 80 kilometr uzunluğunda olan bu krallıq Tibetlə həmsərhəddir və ora ilə ümumi dil və mədəni köklərə malikdir. Bura təxminən XV əsrdən demək olar ki, dəyişməz qalıb.

O ömrünün böyük hissəsini Mustanqın əlçatmaz paytaxtı Lo Mantanq şəhərində keçirib. 2008-ci ildə Nepalda monarxiya ləğv edilib və yeni hakimiyyət Mustanqda da kral hakimiyyətinin ləğv edilməsi tələb edib.

Həmin vaxt kral Ciqma "mədəniyyətə hörmət rəzmi kimi" statusu saxlanılmaqla kral hakimiyyətindən imtina barədə hökumətin təklifini qəbul edib.