102 yaşlı alim universitetdə fəaliyyətini davam etdirmək hüququ qazanıb

Professor Gudoll

Şəklin mənbəyi, ABC

Şəklin alt yazısı,

Professor Gudoll yeni kabinet alıb

Səhra ekoloqu olan 102 yaşlı professor David Gudoll Avstraliyanın Perth şəhərindəki Edit Cowen-in adını daşıyan universitetdə fəaliyyətini davam etdirmək hüququ qazanıb.

Bir qədər əvvəl professor yeni ildən başlayaraq iş yerində təhlükəsizliyi təmin etmək məqsədilə iş yerini evə köçürmək barədə bildiriş almışdı.

Lakin sonradan rektorluq bu qərarı yenidən nəzərdən keçirib. Ekologiya üzrə 100-dən çox elmi işin müəllifi və Avstraliyanın ən yaşlı alimi olan Gudoll 70 ildir ki, fəaliyyət göstərir.

Edit Cowen adına universitetdə 20 il çalışan professor əvvəlki kimi öz kafedrasının elmi əməkdaşı olsa da işlədiyinə qörə məvacib almır.

Hazırkı akademik ilinin başlanğıcında Gudoll kampusdan kənarlaşmağı barədə bildiriş almışdı.

Məlumatda buna səbəb olaraq akademiya əməkdaşlarının onun səhhətindən narahat olduqları göstərilmişdi.

Bir qədər əvvəl görmə qabiliyyəti pisləşdiyi üçün akademik fəaliyyəti buraxmaq məcburiyyətində qalan alimi bu bildiriş çox sarsıtmışdı.

Professor Gudoll

Şəklin mənbəyi, ABC

Şəklin alt yazısı,

Professor Gudoll fəaliyyətini davam etdirən ən yaşlı elmi işçi sayılır

İndi isə akademiya rektorluğu alimin fəaliyyətini davam etdirməsi üçün kampus ərazisində yerləşən amma onun evinə daha yaxın bir yer axtardıqları barədə məlumatı təsdiqləyib.

"Mən problemdən çıxış yolu tapdığımıza və Davidin bizim universitetdə fəaliyyətini davam etdirəcəyinə sevinirəm ", - deyə universitetin rektoru Steve Chapman BBC-yə açıqlamasında bildirib.

Alimin özü isə sevincini gizlətməyib.

Avstraliyanın ABC kanalına müsahibə verən professor "Mən görmə qabiliyyətim imkan verənə qədər oz sahəmdə təhqiqatlarımı davam etdirəcəyimə ümid edirəm. Amma iş yerində təhlükə olmasına dair eyham yersiz idi".