İstanbulda İD əməliyyatı: 31 nəfər saxlanıb

əməliyyat Fotonun müəllifi DHA
Image caption Şübhəlilər "silahlı terror təşkilatına üzv olmaq"da ittiham olunur. (arxiv foto)

İstanbulda özünü İslam Dövləti (İD) adlandıran qrupa qarşı keçirilmiş əməliyyat nəticəsində 31 nəfər saxlanılıb.

Ümumilikdə 41 nəfər barəsində saxlanılma qərarı var.

Ünvanlarında tapıla bilməyən 10 nəfər haqqında axtarış qərarı çıxarılıb.

Əməliyyat İstanbul Cumhuriyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən aparılan təhqiqat çərçivəsində aparılır.

Şübhəlilər "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilərək İstanbul Polis İdarəsinə aparılıb.