Şəkillərdə: Milad Bayramı qeyd edilir

Dekabrın 25-də dünya boyu xristianlar Milad Bayramını qeyd edir.

PAPA NOEL

Şəklin mənbəyi, EPA

Roma Papası Francis Vatikanda ənənəvi Milad ibadətini edib. O söyləyib ki, Miladın əsl mənası materializmin kölgəsində qalır.

Şəklin mənbəyi, AP

Çinin paytaxtı Pekində Milad Bayramını qeyd etmək ənənəsi olmasa da, bizneslər satışları artırmaq üçün Yolka ağacları bəzəyiblər.

Şəklin mənbəyi, EPA

Berlində 12 nəfərin ölümünə səbəb olmuş hücumdan sonra Avropada təhlükəsizlik tədbirləri artırılıb.

Parisdə Notre Dame Kilsəsində keçirilən tədbiri çoxlu polis qoruyub.

Şəklin mənbəyi, EPA

Avstraliyada Milad Bayramı yay mövsümünə təsadüf edir. Bu səbəblə Sidney çimərlikləri bu bayramı qeyd etmək üçün ən tələb olunan yerlərdən olur.

Şəklin mənbəyi, Reuters

İsa Peyğəmbərin doğulduğu Beytləhm (Vifleyem) şəhərində yerləşən Yenidən Doğuş Kilsəsindəki dini ayinə minlərlə insan qatılıb.

Şəklin mənbəyi, AFP

Almaniyada Berliner Seehunde adlı üzgüçü klubu "Şaxta baba" paltarlarında ənənəvi üzmə tədbirini həyata keçirib.

Şəklin mənbəyi, Reuters

İraqın paytaxtı Bağdadda da Milad bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri artırılıb. Kilsələrə girişdə xüsusi cihazlar qurulub, çantalar yoxlanılıb.

Şəklin mənbəyi, AP

İstanbulda bayram, İstiklal prospektində yerləşən Müqəddəs Antuan Kilsəsində qeyd olunub.

Şəklin mənbəyi, EPA

Londonda isə Hyde Parkda "Serpentine" Üzgücü klubu +4 dərəcə temperaturu olan göldə üzüblər.

Şəklin mənbəyi, Gülər Abbasova

Bakıda katolik xristianları Milad Bayramını Müqəddəs Məryəm Kilsəsində qeyd edib.