George Michael-ın həyatı şəkillərdə
Müğənni George Michael 53 yaşında evində vəfat edib.

Müğənni George Michael 53 yaşında evində vəfat edib. 1980-ci illərdə karyerasına Wham! ilə başlayan müğənni Oxfordshire-də evində "dinc şəkildə vəfat edib", onun sözçüsü deyib.
Şəklin mənbəyi, Getty Images
Michael və Andrew Ridgeley Wham! qrupunu məktəbdə oxuyarkən qurub və tezliklə Last Christmas, Club Tropicana və Wake Me Up Before You Go Go mahnıları ilə məşhurluq qazanıblar.
Şəklin mənbəyi, PA
Michael 1984-cü ildən Careless Whisper mahnısı ilə solo karyerasına başlayıb. Bu mahnı ona qlobal məşhurluq gətirib.
Şəklin mənbəyi, AP
1985-ci ildə o, Wembley stadionunda keçirilən Live Aid yardım kampaniyasında Bono, Paul McCartney, Bob Geldof və Freddie Mercury ilə birgə səhnə alıb.
Şəklin mənbəyi, AP
Michael Aretha Franklin (şəkildə), Elton John, Queen və Mary J Blige ilə də birgə səhnə paylaşıb. Onun Franklin ilə oxuduğu I Knew You Were Waiting (For Me) Atlantik okeanın hər iki tərəfində məşhurlaşıb.
Şəklin mənbəyi, AP
Wham!-dan sonra solo karyerası onu bir sıra mükafatlar qazanmağa sövq edib - Faith, Jesus To A Child və Fastlove dinləyicilərin sevimlisi olub.
Şəklin mənbəyi, PA
Uels Şahzadəsi Diana onun pərəstişkarı idi və onlar sonradan dost olmuşdular. 1997-ci ildə o şahzadənin yas mərasiminə qatılmışdı.
Şəklin mənbəyi, Getty Images
1980 və 90-cı illərdə onun həyatı travma və sıxıntılarla müşahidə olunub. 1997-ci ildə Los Angeles-də ictimai tualetdə cinsi hərəkətlərə görə həbs edilib, bundan sonra o gey olduğunu bildirib.
Şəklin mənbəyi, AFP
1993-cü ildə onun uzun müddətli partnyoru Anselmo Feleppa beyin qansızmasından ölür. Üç il sonra o, Kenny Goss (şəkildə) ilə tanış olur və onunla 2009-cu ilə qədər münasibətdə qalır.
2007-ci ildə Ricky Gervais-ın Extras televiziya serialında çəkilir. Burada o özünü oynayırdı.
Şəklin mənbəyi, Getty Images
Ulduzun son illərdə sağlamlıq problemləri var idi. 2011-ci ildə sətəlcəmə görə Vyanada bir ay xəstəxanada yatıb.
Şəklin mənbəyi, Reuters
Michael-ın son turu 2012-ci ildə olub. Son zamanlar o yeni albomu üzərində işləyirdi. Bu, onun 12 il sonra ilk studio albomu olacaqdı. Onun meneceri Michael Lippman onun ürək çatışmazlığından öldüyünü deyib.