Çində nəhəng 'Xoruz Trump' heykəli

Şəklin mənbəyi, AFP
Heykəl
Çin astrologiyasına uyğun olaraq 28 yanvar Xoruz ilinin başlanğıcıdır. Yeni il yaxınlaşdıqca, Şansi əyalətinin Taiyuan şəhərində alver etməyə çıxan sakinlər nəhəng "Xoruz Trump" heykəlinə rastlaşıblar.
Heykəl, Taiyuan şəhərində ticarət mərkəzinin önünə yerləşdirilib.
Heykəlin dizayneri ABŞ-ın gələcək prezidenti Donald Trump-ın gözə çarpan saç düzümü və əl hərəkətləri tərəfindən təsir olduğunu deyib.
Şəklin mənbəyi, AFP
Deyilənlərə görə müştərilər heykəlin miniatür oyuncaqlarını ala biləcəklər
Şəklin mənbəyi, AFP
Heykəl bir çox turist arasında populyarlaşıb.
Pekinin qatı tənqidçisinə yüksək ticarət vəzifəsi vermiş və ABŞ-ın "Bir Çin siyasətinə" xələl gətirən Tayvanın prezidentilə birbaşa əlaqə saxlamış Donald Trump, Çinin tənqidlərilə üzləşməkdədır.
Çin təqviminə görə, Donald Trump it ilində anadan olub.
Çin astrologiyasında it bürcündən olan adamlar sadiq, vicdanlı və siyasətə meyllidir, lakin onlar həmçinin inadkardır və dünyanın təhlükəli olduğuna inanırlar.