Bağdad bazarında baş vermiş iki partlayışda 28 nəfər ölüb

Partlayışdan sonra Bağdadın əl-Sinak bazarından şəkil Fotonun müəllifi AFP
Image caption Partlayışdan sonra Bağdadın əl-Sinak bazarından şəkil

İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində ən azı 28 nəfər dünyasını dəyişib.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma məsuliyyəti üzərinə götürüb.

Partlayışlar insanlarla izdihamlı əl-Sinak bazarında bir birinin ardınca baş verib. 50 nəfərdən çox insan xəsarət alıb.

Polis deyir ki, bombalardan biri yolun kənarında, avtomobil ehtiyat hissələri mağazasının yanında partlayıb. Bundan sonra hadisə yerinə yığılan kütləyə hücum edən intiharçı üstündəki partlayıcı qurğunu partladıb.

Bağdadda adətən şiə rayonları tez-tez hücumlara məruz qalır.

İD-in buraxdığı bəyənatda, qruplaşma partlayıcı qurğu geyinmiş iki döyüşçüsünün hücumu həyata keçirdiyini deyib.

Cihadçı qruplaşma İraq qüvvələrinin İD-in İraqdakı son əhəmiyyətli dayağı olan Mosul şəhərinə yönəli hərbi əməliyyatı nəticəsində təzyiq altındadır.

"Qurbanların əksəriyyəti ərazidəki ehtiyat hissələri mağazasında idi", yerli satıcı İbrahim Məhəmməd Əli AFP xəbər agentliyini deyib.

"Partlayışlar baş verəndə onlar səhər yeməyi satan köşkün yanına yığılmışdılar".

Bu barədə daha geniş