ABŞ elektrik şirkəti kompyüterində "rus kiberhücum kodu" tapıb

Electricity substation, undated image

Şəklin mənbəyi, Getty Images

ABŞ-ın Vermont ştatında fəaliyyət göstərən elektrik şirkəti Rusiya hakerlərinin istifadə etdiyi iddia edilən zərərli proqramı şirkətə məxsus laptopda aşkar etdiyini deyib.

Burlington Electric Department elektrik şirkəti elektrik şəbəkəsinə bağlı olmayan kompüteri "dərhal təcrid etmək üçün hərəkət" etdiyini bildirib.

Hökumət şirkəti "Grizzly Steppe" kodu barədə cümə axşamı günü xəbərdar etmişdi.

Həmin gün, noyabr ayında keçirilən seçkilərə Rusiyanın müdaxilə etdiyini iddia edərək, ABŞ 35 rus diplomatını ölkədən çıxarıb.

Moskva Demokrat Partiyasının serverlərinə rus hakerlərinin kiberhücum etməsi ittihamlarını inkar edir.

Cümə günü ABŞ-ın gələcək prezidenti Donald Trump, Rusiya prezidenti Vladimir Putinin ABŞ diplomatlarını ölkədən xaric etməməsi qərarını tərfiləyib.

Burlington şirkəti deyib ki, şirkət "zərərli proqramın mənbəyini axtarmaq və kommunal xidmətlərə digər infiltrasiya cəhdlərinin qarşısını almaq üçün federal rəsmilərlə işləyir".

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Vermont qubernatoru Peter Shmulin

Şirkətin bəyanatından əvvəl Washington Post qəzeti rus hakerlərin ABŞ-da elektrik müəssisəsinə müdaxilə etdiyi bildirilib.

Adı çəkilməyən ABŞ rəsmisinin verdiyi şərhlərdə qəzet ABŞ milli enerji şəbəkəsinin həssaslığını vurğulayıb.

Qəzetin internet saytında deyilənlərə görə, rus hakerlərin ABŞ elektrik şəbəkəsini hədəfləməsinin səbəbi ABŞ hakimiyyətinə aydın deyil.

"Bu hücum ya elektrik xidmətinin fəaliyyətini pozmağa yönəlib və ya elektrik şəbəkəsinin bir hissəsinə daxil olmağın mümkünlüyünü yoxlamaq üçün həyata keçirilib", qəzet yazıb.

'Sistematik, amansız, yırtıcı"

Demokrat qubernator Peter Shmulin daxil olmaqla vermontlu siyasətçilər, hadisənin tamamilə araşdırılmağını istəyirlər.

"Bizim həyatımızın keyfiyyətini, iqtisadiyyatımızı, sağlamlıq və təhlükəsizliyimizi təmin edən elektrik şəbəkəsinə dünyanın aparıcı banditlərindən biri, Vladimir Putinin haker müdaxiləsi etmək cəhdləri vermontluları və amerikalıların hamısını həyacanlandırmalı və qəzəbləndirməlidir," cənab Shmulin çıxışında deyib.

Demokrat konqresmen Peter Welch bu hadisənin "Rusiyanın kiberhücumlarının nə dərəcədə yayıldığını göstərdiyini" deyib.

Bu cəhdlər "sistematik, amansız, yırtıcıdır", o əlavə edib.

ABŞ rəsmiləri inanırlar ki, Ukraynanın elektrik şəbəkəsinin 2015-ci ilin dekabr ayında kiberhücuma məruz qalmasına Rusiya səbəbkardır.