Şəkillərdə: Dünya 2017-ci ili belə qarşılayır

Dünya boyunca insanlar Yeni ilin gəlişini atəşfəşanlıqla qeyd ediblər.

Sydney-dən Moskvaya, Parisdən New York-a qədər insanlar səs-küylü hadisələrlə yadda qalan 2016-cı ili yola salıblar.

Bir sıra böyük şəhərlərdə Yeni il ərəfəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

London və digər böyük şəhərlərdə minlərlə əlavə polis əməkdaşı cəlb olunub.

Lakin Böyük Britaniya Avropa İttifaqını tərk etməyə səs verdikdən sonra atəşfəşanlığı izləmək üçün Temza çayının ətrafına toplaşmış on minlərlə insan onu nümayiş etdirdi ki, "London açıqdır".

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Londonda Yeni il Temza çayı ətrafında atəşfəşanlıqla qarşılanıb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Parisdəki Zəfər Tağı işıqla salınmış təsvirlərlə bəzədilib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Almaniyanın paytaxtı Berlində isə atəşfəşanlıq Brandenburg darvazasını işıqlandırıb

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Rusiya paytaxtı Moskvada atəşfəşanlıq

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

New York-da Yeni il gecəsi göydən konfet yağıb

Parisdə təxminən 500,000 insan mərkəzi Champs-Elysees küçəsinə axışıb. Orada Zəfər Tağı üzərinə işıqlarla müxtəlif dillərdə "Xoş gəldin" yazılıb.

Berlində isə insanlar Milad bazarında baş vermiş son hücuma baxmayaraq, müxtəlif konsert proqramlarında və gecə yarı baş tutmuş atəşfəşanlıqda iştirak ediblər.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Braziliyanın Rio de Janeyro şəhərində insanlar Copacabana çimərlyinin sularından atəşfəşanlığı izləyiblər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Yunanıstanda isə 2017-ci ili Parthenon məbədinin üzərində atəşfəşanlıq etməklə qarşılayıblar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Dubayda atəşfəşanlıq dünyanın ən hündür binası Burj Khalifa-nı işıqlandırıb

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Cənubi Koreyanın paytaxtı Seulda buddistlər məbəddə şamlar yandırırlar

Rio de Janeyronun Copacabana çimərliyində təxminən iki milyon insan atəşfəşanlığı izləyib, təxminən 2000 polis isə onlara nəzarət edib.

Lakin İstanbulda vəzifə başında olan 17,000 polis 39 nəfərin ölümü ilə nəticələnmiş gecə klubuna hücumun qarşısını ala bilməyib.

2017-ci ilə ilk daxil olanlar arasında Sakit okean adaları - Samoa, Tonqo və Kiribati adaları olub.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Sinqapur da daxil olmaqla bir sıra Asiya ölkələri artıq Yeni ilə ayaq basıblar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Malayziyanın Kuala Lumpur şəhərində Yeni il atəşfəşanlığı

Avstraliyanın Sydney limanında 2016-cı ildə vəfat etmiş Prince və David Bowie-nin şərəfinə atəşfəşanlıq sərgilənib.

Təxminən bir milyon yarım insan bu nümayişi izləyib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Madriddə insanlar Yeni İli qarşılayırlar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

İraq paytaxtı Bağdadda bayram şənlikləri ciddi təhlükəsizlik tədbirləri ilə həyata keçirilib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Kenyanın paytaxtı Nayrobidə atəşfəşanlıq

İsrail Hindistana səyahət etmək istəyən vətəndaşlarına "terrorçu hücum" riski barədə xəbərdarlıq edib.

"Bir çox düşmənlər"

Bu arada isə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Twitter vasitəsilə "bir çox düşmənlərinə də" Yeni il təbrikini çatdırıb.

Cənab Trump yanvarın 20-də prezident kimi and içəcək.

Şəklin mənbəyi, Twitter

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Şimali koreyalılar isə paytaxt Pxenyanın mərkəzi Kim İl Sung meydanında toplaşıblar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Polşanın Lublin regionunda "saqqallı kişilər" küçələrdə gəzişiblər