Antarktidada nəhəng aysberq qırılır

Şelf buzlağında çat Fotonun müəllifi NASA
Image caption Çatın genişliyi 100 metrdir və dərinliyi təxminən yarım kilometrdir

Tarixən müşahidə edilmiş 10 ən böyük aysberqlərdən biri Antarktidadan qırılmaq üzrədir, alimlər deyib.

Larson C şelf buzlağındakı çat birdən-birə dekabr ayında sürətlə böyüyüb və nəticədə 5 min kvadrat kilometr buzlaq hissəsini yerində saxlamağa qalan buzdan yalnız 20 kilometr qalıb.

Larsen C şelf buzlağı Antarktidanın ən şimali mühüm şelf buzlağıdır.

Swansea universitetindən alimlər deyirlər ki, bu hissənin qırılması şelf buzlağının gələcəkdə parçalanmasına yol verəcək.

Qərbi Antarktidanın ucunda yerləşən Larsen C şelf buzlağı təxminən 350 metr qalınlığındadır və onu qidalandıran buzlaqların axınını yavaşladır.

Larsen A şefl buzlağının 1995-ci ildə və Larsen B şelf buzlağının 2002-ci ildə parçalanmalarından sonra alimlər illərdir ki, Larsen C-ni qorxu ilə izləyirlər.

Fotonun müəllifi NASA
Image caption Keçən ilin noyabr ayında çəkilən şəkillər çatın uzunluğunu göstərir

"Əgər o bir neçə ay ərzində qırılmasa mən təəccüblənərəm", Swansea universitetindən profesor Adrian Luckman BBC-yə deyib.

Profesor Luckman deyir ki, qırılacaq şelf buzlağı hissəsi təxminən 5 000 kvadrat kilometr olacaq və bu müşahidə edilən 10 ən nəhəng aysberqlərdən biridir.

Alimlər bunu iqlim dəyişikliyi yox, çoğrafi bir hadisə adlandırırlar. Çat on illərdir ki, mövcuddur və təsadüfən indi sürətlə böyüyüb.

Onlar həmçinin iqlim dəyişikliyinin bu hissənin qırılmasını sürətləndirdiyinə düşünürlər, lakin bunu isbat edən dəqiq dəlil hələ ki, yoxdur.

Fotonun müəllifi SPL
Image caption Larsen B şelf buzlağının 2002-ci ildəki parçalanmasından əvvəl şelf buzlağı nəhəng hissəsini itirmişdi

Ehtimallara görə, Larsen C-nin özündə saxladığı buzun hamısı dənizə daxil olsa, qlobal dəniz səviyyəsi 10 santimetr arta bilər.

Bunların hamısı gələcəkdədir. Antarktidanın buzlu sahilində baş verəcək dəyişiklikdən başqa hər şeyi proqnozlaşdırmaq çətindir.

Bu barədə daha geniş