Erdoğanı təhqir etdiyi iddia edilən kanadalı Türkiyədə saxlanılıb

Şəklin mənbəyi, Facebook
Kanadalı Ece Heper Türkiyədə saxlanılıb
Kanada və Türkiyə ikili vətəndaşlığı olan qadın deyilənlərə görə Türkiyə prezidenti Recep Tayyip Erdoğanı təhqir etdiyinə görə saxlanılıb.
50 yaşlı Ece Heperin, dekabrın 30-u Türkiyənin şimal-şərqində yerləşən Qars (Türkcə: Kars) şəhərində həbs edildiyini vəkili Sertac Celikkaleli The Canadian Press qəzetinə bildirib.
Kanadalı rəsmilər konsulluq yardımı verdiklərini desələr də, daha ətraflı məlumat verməyiblər.
Türkiyənin cinayət məcəlləsinə əsasən prezidenti təhqir edən hər kəs dörd ilə qədər azadlıqdan məhrum edilə bilər.
Xanım Heperin dostu Emrah Bayram BBC-ə onun Facebook-da prezident Recepy Tayyip Erdoğan barədə yazdığı tənqidi şərhlərə görə həbs edildiyini deyib.
"Bu güldürücüdür, o yalnız öz rəyini ifadə edir", Emrah Bayram deyib.
Şəklin mənbəyi, AFP
Prezident Erdoğanını tənqidçiləri həbsi qınayaraq onun "qorxulu mühit" yaratdığını deyirlər
Ontario şəhərində yaşayan və Kanada-Türkiyə ikili vətəndaşlığına sahib olduğu deyilən xanım Heperin dostları onun səhhəti ilə çətinlikləri olduğunu deyirlər və o saxlanılarkən dərman almağa imkanının olmadığı barədə narahat olduqlarını deyiblər.
Dostları və vəkili qorxurlar ki, onun işinin məhkəmə mərhələsinə çatması ən azı bir ay çəkə bilər və artıq insan hüquqları təşkilatlarına müraciət etdiklərini bildiriblər.
Cənab Erdoğan ifadə azadlığına qarşı getdikcə şiddətlənən repressiyalar tətbiq etməkdə günahlandırlıb.
Son bir neçə il ərzində cənab Erdoğanı təhqir etmə ittihamı üzrə 2000-ə yaxın insana qarşı prokurorluq tərəfindən məhkəmə işləri açılıb.
Onların arasında sabiq Miss Turkey və 16 yaşlı tələbə də var.
Başqa bir şəxs cənab Erdoğanı Üzüklərin Hökmdarı filmindəki Gollum adlı personaja oxşadan şəkilləri sosial şəbəkələrdə paylaşdığına görə şərti həbs cəzasına məhkum edilib.
Türkiyə qərbdən uzaqlaşır – Erdoğandan sitatlar
Türkiyə prezidenti Recep Tayyip Erdoğan son zamanlar Qərb tərəfdaşları barəsində tənqidi fikirləri ilə yadda qalıb. O, Türkiyənin Qərbə arxa çevirməsini və yeni tərəfdaşlıqlar axtarışında olduğunu bildirib.