Fransada Kim Kardashianı qarət etməkdə şübhəli bilinənlər saxlanılıb

Kim Kardashian West Fotonun müəllifi Getty Images

Fransada amerikalı teleaparıcı Kim Kardashian West-in qarət olunması işi üzrə azı 17 nəfər saxlanılıb. Bu barədə yerli polis xidməti məlumat verib.

Europe 1-in məlumatına görə, həbslər bu gün səhər saatlarında Parisin müxtəlif rayonlarında baş tutub. Həbs edilənlərin kimliyi və həbslə bağlı məlumat verilməyib.

Kim Kardashian ötən ilin oktyabr ayında Parisə səfəri zamanı qarət edilib. Silahlı maskalı şəxslərdən ibarət qrup amerikalı teleaparıcının mənzilinə hücum edərək 9,5 milyon dollar dəyərində zinət əşyasını oğurlayıb.

Europe 1-in məlumatına görə, qarətçilər hadisə yerində DNA izi qoyublar. Belə ki, soyğunçulardan biri oğurlanmış zinət əşyaları olan paketi yerə dağıdıb və sonradan onu toplayib. Lakin o, əşyalardan birini unudub hadisə yerində qoyub.

Bəzi KİV-lər Kardashianı bu qarəti özündən uydurmaqda ittiham edirlər. MediaTakeOut saytının yazdığına görə, amerikalı teleaparıcı bu yolla 5,6 milyon dəyərində sığorta almağa cəhd göstərib. Kardashian həmin sayta qarşı iddia qaldırıb. Lakin məhkəməyə qədər fikir ayrılığı aradan qaldırılıb.

Kim Kardashian Azərbaycanda "ən çox Google ediləndir"

Kim Kardashian ailəsilə Yerevana gəlib

36 yaşlı Kim Kardashian ailəsiylə birgə iştirak etdiyi "Kardashian ailəsi" teleşousundan sonra məşhurlaşıb. Kardashian bir neçə filmdə çəkilib və özünü model kimi də sınayıb.

Bu barədə daha geniş