Serbiyalı kəndli quyuya düşərək 52 saatını şaxtada keçirib

Şəklin mənbəyi, AP
Avropanın mərkəzi və şimal ölkələrində yeni il tətillərində güclü şaxtalar olub
Serbiyanın şərqində yerləşən kənd sakini möcüzə nəticəsində sağ qalıb. Yenil il ərəfəsində quyuya düşən kəndli 2 gun yarım 20 dərəcə şaxtada qalıb.
Yezdemir Miliç beşinci günü səhər bayram ərzaqları almaq üçün evdən çıxıb və geri qayıtmayıb. 52 saatdan sonra həmkəndlisi Qoran Markoviç onu dərinliyi 5 metr olan quyudan tapıb. Miliçin sözlərinə görə böyük ehtimalla görmə qabiliyyəti zəif olduğuna görə quyunu görməyib və ora yıxılıb.
Markoviç isə həmkəndlisini quyunun kənarında gördüyü çantanın sayəsində aşkar edib. Çantada qırmızı çaxır, bir neçə şüşə pivə və qarğıdalı unu olub.
"Çantanı görən zaman kənddə Yezdemir adlı kişinin itkin düşdüyünü xatırladım. Sonra quyudan səslər eşitdim və quyuya baxdım. Quyuda allərini və ayaqlarını sinəsinə sıxan bir adam gördüm. ", - deyə Markovic deyib.
Hadisə yerinə gələn yangınsöndürənlər donmuş kəndlini quyudan çıxarıblar. Kəndli hündürdən yıxıldığı zaman xəsarət də alıb.
Avropanın mərkəzi və şimal ölkələrində yeni il tətillərində güclü şaxtalar nəticəsində 20-dən çox insan həlak olub.
Avropanı və hətta Yunanıstan adalarını qar bürüyüb
Avropada soyuq havalara görə 20 adam vəfat edib, hətta yunan adalarına belə qar yağıb.