Trump Rusiyanın təzyiqi barədə iddialardan qəzəblənib

Donald Trump Fotonun müəllifi AP

ABŞ-ın gələcək prezidenti Donald Trump Rusiyanın onun haqqında xoşagəlməz məlumatlar əldə etməsi barədə iddialara gəzəblə reaksiya verərək, Moskvanın ona "heç vaxt təzyiq göstərmədiyini" deyib.

Cənab Trump ABŞ kəşfiyyat agentliklərini "saxta xəbərlərin ictimaiyyətə sızmasının qarşısını almamaqda" ittiham edərək soruşub: "Biz nasist Almaniyasında yaşayırıq?".

Rəsmi təsdiqlənməmiş iddialarda deyilir ki, Rusiya fahişələrlə bağlı Donald Trump haqqında xoşagəlməz məlumatlar əldə edib. İddialar həmçinin onun Moskva ilə gizli əlaqələrdə olduğunu deyir.

Rusiya isə bu iddiaları qəzəblə rədd edib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov iddiaları "əlaqələrə ziyan vurmağa açıq bir cəhd" və "ucuz hekayə" adlandırıb.

Donald Trump Rusiya xüsusi xidmət orqanlarının onunla bağlı şəxsi məlumat əldə etməsi barədə iddiaları "siyasi əcinnə ovu" kimi tənqid edib.

Bir neçə ardıcıl yazdığı tvitlərdə, cənab Trump deyib: "Rusiya mənə heç vaxt təzyiq göstərməyib. MƏNİM RUSİYA İLƏ HEÇ BİR ƏLAQƏM YOXDUR - HEÇ BİR RAZILAŞMA, HEÇ BİR BORC, HEÇ BİRŞEY YOXDUR!"

"Mən seçkini asanlıqla qazanıram... və bizim yalançı rəqiblərimizz qələbimizi SAXTA XƏBƏRLƏRLƏ alçaltmağa çalışırlar. Çox təəssüfverici haldır."

"Kəşfiyyat agentlikləri gərək bu saxta xəbərin ictimaiyyətə "sızmasına" imkan verməyəydilər. Mənə qarşı son zərbə. Biz nasist Almaniyada yaşayırıq?"

Cənab Trump çərşənbə günü mətbuat konfransı keçirməlidir. Bu, onun prezident səlahiyyətlərinə başlamasından doqquz gün əvvəl baş verir.


Image caption Donald Trump: "Rusiya indicə siyasi rəqiblərim tərəfindən maliyyələşən təsdiqlənməmiş hesabatın "TAMAMİLƏ SAXTA, TAMAMİLƏ CƏFƏNGİYAT" olduğunu deyib. Çox ədalətsizdir!"

Mətbuat konfransı onun biznes öhdəliklərdən imtinası barədə olmalıdır.

Lakin indi yeni seçilmiş Respublikaçı prezident üçün heç də yaxşı zaman deyil.

Şəxsi xarakterli iddialardan əlavə media Trump prezident kampaniyası və Moskva arasında gizli danışıqları barədə yazır.

Fotonun müəllifi AP
Image caption Putin və Trump bir-biri haqqında xoş sözlər bildirib

Məlumata görə, ABŞ xüsusi xidmət orqanları həmin məlumatları Ağ Evdə prezident Barack Obama və yeni seçilmiş prezidentə təqdim edib.

Deyilənə görə, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ittihamları ilə bağlı daha geniş hesabat mövcuddur.

Amma ABŞ kəşfiyyat icması bu əsassız iddiaları dəstəkləmək üçün açıq şəkildə heç bir şey deməyib.

Son həftələrdə Cənab Trump, prezident kampaniyası zamanı Rusiyanın Demokratik partiyasının emaillərinə müdaxiləsinin arxasında olması barədə iddialarla razılaşmaq üçün təzyiq altında idi.

İddia olunur ki, Kremldən seçkilərin nəticələrini cənab Trump-ın xeyrinə və Demokratların namizədi rəqibi Hillary Clinton-un əleyhinə dəyişmək üçün əmr verilib.

Lakin hələlik o, birmənalı şəkildə xüsusi xidmət orqanlarının rəyi ilə razılaşmayıb.

Bundan başqa, o Rusiya ilə yaxşı münasibətlərə qarşı olanları "axmaq" adlandırır.

Vəkilin təkzibi

Ən yeni iddialar Rusiyanın cənab Trump-ın biznes maraqları barədə ziddiyətli məlumatlara və onun şəxsi həyatı barədə utandırıcı video yazılara sahib olduğunu deyirlər.

Fotonun müəllifi AP
Image caption Michael Cohen

35 səhifəlik hesabatdakı iddialar arasında cənab Trumpı-n köməkçilərinin onun rəqibi Hillary Clintonun Demokrat Partiyasına qarşı haker hücumuna cəlb edilməsi də var.

Cənab Trumpın hesabatda adı çəkilən vəkili Michael Cohen onun keçən ilin avqust və ya sentyabr aylarında haker hücumu barədə söhbət etmək üçün Kremlin təmsilçisi ilə Praqada görüşməsi barədə iddianı təkzib edib.

O tvitində "mən ömrümdə Praqada olmamışam #saxtaxəbərlər" yazıb.

Bu barədə daha geniş