Meymunun yeni növü “Ulduz Müharibələri ” qəhrəmanının şərəfinə adlandırlıb

Skywalker hoolock gibbonu Fotonun müəllifi Fan Peng-Fei
Image caption Skywalker hoolock gibbonlarə Çinin cənub-qərbində yerləşən tropik meşələrdə yaşay

Aparılan genetik araşdırmalar Çinin cənub-qərbində yerləşən tropik meşələrdə yaşayan ağqaşlı gibbonların digər meymunlardan güclü dərəcədə fəqləndiyi və meymunbların bu növünün elmə məlum olmadığı təsdiqlənib.

Zooloqlar yeni meymun növünü "Ulduz Müharibələri" (Star Wars) filminin baş qəhrəmanlarından birinin şərəfinə "Skywalker" adlandırıblar. London Zooloji Cəmiyyətinin (Zoological Society of London) alimlərindən ibarət qrupunun təhqiqatları Amerika Primatologiya Jurnalında (American Journal of Primatology) dərc olunub.

Meymunun yeni növü Asiya cəngəlliklərində yaşayan ağqaşlı gibbonlara bənzəyir. Bu gibbonların bəzisinin saqqalı da ağ rəngdə olur. Alimlərin aşkar etdikləri yeni meymunların görünüsü isə bir az fərqlidir.

Təhqiqatlarda iştirak edən London Zooloji Cəmiyyətinin həkimi Samuel Turvey BBC-yə açıqlamasında meymunların bir çox heyvanların sayının kəskin şəkildə azalan ərazidə tapıldığını bildirib. Heyvanların sayının azalması isə bu ərazilərdə yaşam mühitinin azalması və qaçaqmalçılıqla əlaqələndirilir .

Alimlərin sözlərinə görə Çində 200-ə yaxın yeni gibbon növü yaşayır. Bu gibbonlar Myanmarda da məhşurdurlar, amma orada hansı sayda olduqları məlum deyil. Alimlər yeni gibbon növlərinin məhvin astanasında olması barədə xəbərdarlıq ediblər.

Fotonun müəllifi Fan Peng-Fei
Image caption Skywalker hoolock gibbonları
Fotonun müəllifi Fan Peng-Fei
Image caption Skywalker hoolock gibbonu